Lənkəranda məktəblinin döyülməsinə görə direktor işdən çıxarılıb.
Elchi.az “Report”a istinadən xəbər verir ki, bu barədə aidiyyati qurumlar tərəfindən müvafiq sərəncam verilib.
Sərəncama görə, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova vəzifəsindən azad edilib.
Onun məktəblinin döyülməsi faktına görə işdən çıxarıldığı bildirilir.