"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Kəndə gəlmişəm, Buynuzdayam!” – dedi, paxıllığım tutdu…

07 İyun 2016 - 14:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Sabir Rüstəmxanlının Musa Yaquba yazdığı ŞEİRLƏR
Kulis.Az xalq şairi Sabir Rüstəmxanlı şair dostu Musa Yaquba həsr etdiyi şeirləri təqdim edir.

 

Bunu da oxuyun

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tez-tez zəngləşirik. Bu gün harda olduğunu soruşdum. “Kəndə gəlmişəm, Buynuzdayam!” – dedi. Paxıllığım tutdu…

 

1.

Yenə də ruh kimi uçub getmisən,

Sonu qayıtmaqsa, yaxşı yol sənə!

Adam çoxluğundan qaçıb getmisən

Adamlıq çox olan məmləkətinə…

 

Kim oldu yenə də xətrinə dəyən,

Hansı yel qayandan çınqıl qopardı?

Ya vaxtsız boş qoyub ev-eşiyini

Məzara gedənin dərdi apardı?

 

Vətəndən qismətin o kiçik yuva

Zirvəyə üz tutub, ayrıldı kənddən.

Təməli sevgisə evlərimizin

Fərqi yox, çöpdəndir, ya qranitdən…

 

Orda gəncliyinin min xatirəsi,

Çiçəyə, yarpağa dönən anların.

Şerindən boylanıb səni gözləyən

O ağac, o qaya qəhrəmanların.

 

Yenə iki bacı verər baş-başa,

Axar gözlərindən yaş çiçək-çiçək.

İşıq sevincindən pəncərələrin

Qaralan gözləri günəşlənəcək…

 

Yanır qara daşı, yanır ağ daşı,

Götür, ya götürmə, bitməz həsrəti.

Bir yaşıl yorğanla min qaya örtər.

Şükür ki şerinin yaz bərəkəti

 

Zindandan betərdi kimsəsiz evlər,

Boşalsa bir yığın ağacmış, daşmış.

Elə bil soluxub divarın rəngi,

Elə bil həyət də balacalaşmış…

 

Zirvənin hər biri-dost xatirəsi,

Başında tələsən qışın sərtliyi,

Sözünü ağaca, quşa deyərsən,

Qayıdar suların həmsöhbətliyi…

 

Dağdağan yenə də göz almağında,

Qutsal əmanətdir durmuş qayada.

Bu taydan o taya dəmir körpudən

Hörümçək yol verməz qarışqaya da…

 

Getmisən yenə də dindirən olsun

Çölün çiçəyini, dağın qarını.

Kəndin ürəyinə toxtaqlıq gəlsin

Sapsağlam görəndə nəğməkarını.

 

Ey müdrik əkinçi! Get dincəl bir az,

Səpdiyin toxumlar çiçək-çiçəkdir.

Buynuzda bir nəğmən yorulub sussa

Yüz kənddən yüz nəğmən dillənəcəkdir!

 

***

 

2.

Deyək ki, sən getdin Buynuz kəndinə,

Gördün ki, dağ-daşı öz yerindədir.

Keçən yay, sevinib gələn dostlara,

Yarımçıq qoyduğun söz yerindədir…

 

Ağaclar yenidən çiçək altında,

Çör-çöp yuvasında vəfalı quşlar

Yarımçıq qoyduğun neçə nəğməni

Evin yaddaşına toxuyurmuşlar.

 

Təbiət nizamlı, biz nizam pozan,

Kötüyün yüz pöhrə mükafatı var.

Bizim qanadımız qırılan yerdə

İldırım uçuşu, yel qanadı var.

 

… Deyək ki, sən gedib Buynuz kəndində,

Soyuyan ocağa qısılacaqsan.

Gecələr gözünlə Ay işığından

Sözünlə İlhamdan asılacaqsan.

 

Kəndə soraq düşdü, canlandı həyət,

Bəs Bakıda qalan dostlar neyləsin?

Seyrələn məclislər, kəsilən zənglər,

Ləzzəti azalan tostlar neyləsin…

 

Lap elə ucaldın Ay səhrasına,

Elə bilirsən ki, Yer əl çəkəcək?

Düz ol, müqəddəs ol, peyğəmbər kimi

Qeybət yorulacaq, Şər əl çəkəcək?

 

Sənin getməyinlə işlər düzəlməz,

Özünü qurtardın, millət ki qalır.

Bakı civarında, bağlar başında

İşgəzən bazarı, zillət ki qalır…

 

Bizim əlimizin düz olmasıyla

Yetimin saçları tumarlanırmı?

Mən də çıxıb gedim Hamarkəndimə

Millətin yolları hamarlanırmı?

 

Həminki Buynuzdur, ulduz deyil ki,

Hər fəsli gözəldir-qarşılayacaq!

Bakıdan qaçmağa nə var, əzizim,

Bəs onun dərdindən hayana qaçaq?

 

Bəs bu toranlığın sonu nə olsun,

Onu kim çıxarsın gün işığına?

Bu farsın, ərəbin Allah adına

İşğal niyyətini Din işığına?..

 

Bu qədər qaraçı, araçı gəlir,

Yetərmi? Lap daş da qoy ruzu olsun…

Gərək, düyünlənsin fəhlə yumruğu

Gərək baş kəndin də buynuzu olsun!

 

Alsın kəlləsinə matadorları,

Buğa bürcündənəm, ey dırnağım, kəs!

Beş-üç saniyəlik bel tamarzısı

Görsün ki bu millət minik götürməz!

 

Dünya silkələnsin addımımızdan

Dostlar dikəlsinlər yenə nər kimi.

Bir səhər güzgüdə hamı görsün ki,

Başı silahlanıb İsgəndər kimi…

 

Gör nə gözəllikdir Buynuz meşəsi,

Kim sındıra bilər onun barını?

Eybi yox, qoy bəzi oliqarxların

Qızıla tutsunlar buynuzlarını…

 

Sənin hər nəğməndə əsgər qeyrəti,

Bir ordu qurmusan ömrün uzunu…

Buynuzsuz yaşamaq istəyən millət

Silaha çevirsin Söz Buynuzunu!

 

***

 

Sənin Bakıda da izin ayrıdır,

Avazın ayrıdır, sözün ayrıdır,

Xordan gileyləndin, xora pis dedin,

Səs səsdə gizlənir, sən solist idin!

 

Bilmir nə biçəcək, bilmir nə əkir,

Hər iclas öncəsi söz dilənənlər.

Millətin önündə xəcalət çəkir

Səsi düymələrdə düyünlənənlər!

 

Məclisə dağların buludundan su,

Ürək tonqalından çınqı vermişdin.

Diplomat susquya söz zəlzələsi,

Soyuq siyasətə yanğı vermişdin.

 

Şükür Canalımız, Hamarkəndimiz,

Şükür üz tutası dağlarımız var.

Millət arasında rahatlığımız,

Çöllərə söz demək haqlarımız var.

 

Gedirik, qəlbimiz incəlir bir az,

Gedirik, canımız dincəlir bir az…

Xoru bəyənmədin, canın sağ olsun,

Bir şimşək oxutmaq imkanın varmı?

Bəlkə mən də gəlim, verək səs-səsə,

Görək göy dilini duyan olarmı?

 

Bəlkə kabinetlər rahatlığını

Buynuza keçirək günün birində.

Bəlkə nazirləri dil öyrənməyə

Buynuza köçürək günün birində!

 

Meşə nazirliyi köçsün meşəyə,

Kötük qəbristanı ağlamaq istər.

Şorlaşan torpaqlar yer məmurunu

Bir gün su həsrəti saxlamaq istər…

 

Görsünlər üstündə isti əl olan

Torpaq yetirməkdən yorulmayacaq.

Şair öz elindən perikmədikcə

Nəğməsi heç zaman qırılmayacaq!..

 

***

 

Bir məclisdə gördüm səni,

Heç özünə bənzəmirdin.

Söhbətinlə, gülüşünlə

Dörd çevrəni bəzəmirdin.

Sonra gedib vərəqlədim kitabını,

Neçə dəfə göz yaşımı boğa-boğa

Dodağında millətimin dərdi idi-

“Burax məni, çıxıb gedim azadlığa!”

Min illərin dərdi idi-

Musa Yaqub ağzı ilə qışqırırdı.

Min dahinin həsrətiydi

Bir ustadın sinəsindən fışqırırdı…

…Yüzillərlə

Azadlığın yollarına

Intizarla baxan da biz,

Yüzillərlə öz nəfsində

Azadlığı boğan da biz!

Babaların kor iştahı boynumuzun qılıncıdı,

Ötənlərin hər yanlışı başımızın qaxıncıdır!

 

Silkələndim bu acıdan, qüssələrdən,

“…Burax məni çıxıb gedim bu şəhərdən!

Çıxıb gedim öz dağıma, öz obama.

Övladarı perik düşən xarabama!

O yaylaqlar beşiyində tərk eləyib dincliyimi

Bu kəpənək boyasına qurban verdim gəncliyimi.

Heç bilmədim nədir yalan, nədir riya.

Şerim mənə həm Cəbhəydi, həm Partiya!

Silahları susduracaq söz söylədin,

Vicdan səsi! Nə söylədin, düz söylədin…

Qurdun, quşun qisməti də yasaq bizə…

Həm hakimik, həm müttəhim…Yazıq bizə!

Burda yollar ayrılmalı! Düzə, dağa,

Onun yolu-köləliyə! Mənim yolum-azadlığa!”

 

Allah necə tanış arzu, saf istəkdi,

Bu bir misra min ürəyi suya çəkdi.

Yatanlara xatırlatdı, bu zəhəri içmək olmaz,

İgid olan başdan keçər,

Azadlıqdan keçmək olmaz!

Tarixlərin utancından

Qəlbinə qəm yığa-yığa

Çıxıb getdin azadlığa!

 

Çıxıb getdin!..

Ucaldığın Baba dağda,

Azadlığı buldunmu, de!

Şər düyünü açılmırsa,

Zülm əlindən qaçılmırsa

Orda xoşbəxt oldunmu, de!

 

Günəşimə pərdə çəkən kölgələrdən

çıxıb gedək.

Bu arxacı söküb gedək, bu xəlbirdən axıb gedək,

Ancaq yenə yer üzünün havası bir.

Hara getsən səninlədir!

Lap Şahdağın beli olsun

Azaddırmı dağ kəlləri?

Okeaanın o tayında

Azaddırmı Azadlığın heykəlləri?

Azadlığı gəzənlər çox,

Azadlığın eşqi ilə vətəndən əl üzənlər çox!

Bu istəklə sığındılar neçə yada,

Gedib azad oldularmı Avropada?

Özünə gün ağlamaqla, Haqqa qapı açıldımı?

Ehtiyacdan qaçanların, yoluna nur saçıldımı?

Ayaq altda yad torpaqsa hər bayramın sevinci-Qəm.

Mən Gəncəsiz, Qarabağsız azadlığı istəmirəm!

Belə möhnət olan yerdə nə azadlıq?

Mühacirət olan yerdə nə azadlıq?

Azadlıqda gərək Laçın, Şuşa olsun!

Orda Bakı, Təbriz ilə qoşa olsun!..

Azad olaq bu görünməz zindanlardan,

Tarixlərə qan uddurmuş ehkamlardan.

Yad dillərdən, yad səslərdən

Əsarətdən miras qalan

O bölücü qəfəslərdən.

 

***

 

Ey vəfada bir qardaşım.

Ruhundakı qutsallıqla pir qardaşım!

Ucalmısan dilindəki həqiqətlə,

ruhundakı qətiyyətlə.

Məğrur səsin min illəri aşacaqdır bu niyyətlə!

Tarixlərin ağrısından qopan şerin

Yatanların vicdanını qamçılayır.

Min illərin buz dağları ərimədə

Sözümüzdən göz yaşıtək damcılayır.

Zaman keçdi, indi tarix bizə bağlı,

Dirilən ruh, qalxan bayraq səninlədir!

Azadlığın söz heykəli sənsən elə,

Hara getsən yenə də haqq səninlədir!

Previous Post

“Kəndə gəlmişəm, Buynuzdayam!” – dedi, paxıllığım tutdu…

Next Post

Azərbaycan “An-178” təyyarəsi istehsal edəcək

Bənzər yazılar

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. Elchi.az -ın məlumatına görə, təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab...

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34

ABŞ Prezidenti Donald Tramp sonuncu amerikalı hərbçilərin İraqdan çıxarılmasını təsdiqləyib. Elchi.az  xəbər verir ki, bu barədə o, "Truth Social" sosial...

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Danimarka Hərbi Hava Qüvvələrinin (HHQ) "Fennec" tipli helikopteri ilə bağlı insidentə görə bu ölkənin səfiri...

Next Post

Azərbaycan “An-178” təyyarəsi istehsal edəcək

Azərbaycan “An-178” təyyarəsi istehsal edəcək

Son xəbərlər

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.