Şimali Koreya rəsmiləri bildiriblər ki, ABŞ-ın düşmən siyasəti Koreya Xalq Demokratik Respublikasını (KXDR) özünün müdafiəsini gücləndirilməsi üzrə əks tədbirlər görməyə məcbur edir.
“Report”un məlumatına görə, bu barədə “Nodon sinmun” qəzeti məlumat yayıb.
“Əgər gərginlik və ziddiyyət artsa, münasibətlər yaxşılaşa bilməyəcək, konstruktiv dialoq və möhkəm sülh olmayacaq”, – deyə qəzet hökumət rəsmilərindən sitat gətirib.
Həmçinin qeyd edilir ki, ABŞ-ın və Cənubi Koreyanın birgə təlimləri düşmənçilik nümunələrindən biridir.
“Beləliklə, Pxenyan milli müdafiə üçün lazım olan hazırlığa, sınağa və güclü vasitələri inkişaf etdirməyə məcbur edilib”, – deyə əlavə edilib.
Daha əvvəl KXDR Cənubi Koreyanın ABŞ-la birgə hərbi təlimlər keçirməsini “ağılsızlıq” adlandıraraq, bunun nəticələrinin ağır ola biləcəyini qeyd edib.
Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında bağlanmış Məkkə sazişi çərçivəsində yaradılmış Strateji Siyasi-Müdafiə Komitəsinin iclası yakın vaxtlarda Ər-Riyadda keçiriləcək. Elchi.az...


















Son şərhlər