Küveytin rəsmi agentliyi KUNA-nın məlumatına görə, xarici işlər naziri Səlim Abdulla əl-Cabir əs-Sabah Qəzza zolağında fələstinlilərin yükünü yüngülləşdirmək üçün hava körpüsünün qurulduğunu və sabahdan etibarən yardım əməliyyatlarının başlayacağını açıqlayıb.
Elchi.az bu barədə Trthaber.com-a istinadən xəbər verir.
Xarici işlər naziri Sabah qeyd edib ki, sözügedən dəstəyin məqsədi İsrailin öldürücü təcavüzünün nəticələrini azaltmaqdır.
Nazir Sabah, Küveyt hava körpüsü çərçivəsində oktyabrın 23-dən etibarən təcili tibbi yardım və tibbi ləvazimatlar, eləcə də humanitar yardım daşıyan təyyarələrin Misirin Əl-Ariş şəhərinə gedəcəyini və yardımların ölkəyə çatdırılacağını bildirib. Sabah yardımların bu həftə ərzində hər gün göndəriləcəyini qeyd edib.
İsrail ordusunun 7 oktyabrda başlayan və 16 gündür fasiləsiz davam edən Qəzza zolağına hücumları nəticəsində minlərlə insan həyatını itirib, yaralananların sayı isə 13 mini keçib.
Yeganə





















Son şərhlər