Türkiyə ilə sərhəddə yerləşən Kobani bölgəsində bəzi kəndlər İŞİD tərəfindən ələ keçirilib. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD, PKK-nın Suriya qolu olan YPG nümayəndələri ilə yaşadığı qarşıdurmanın video görüntülərini yayımlayıb. Qruplaşmanın internetdə yaydığı video görüntülərdən aydın olub ki, onlar qarşıdurma zamanı ağır silahlardan istifadə ediblər. İŞİD üzvləri videoda qətlə yetirdikləri insanları və həmçinin axtarış apardıqları evlərin görüntülərini də əks etdiriblər. Videoda diqqət çəkən məqamlardan biri də İŞİD üzvlərinin PKK-çı və PYD-çilərə aid olan evdə, divarlarda onlar üçün önəmli olan insanların şəkillərini çıxarmaları və YPD-çilərin bayrağını endirərək yerinə öz bayraqlarını asmaları olub.
Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib
Almaniya Kansleri Fridrix Merts ölkədə məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib. Elchi.az xəbər verir ki, bu barədə məlumatı “Deutschlandfunk”...


















Son şərhlər