Külək əsir, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatır - FAKTİKİ HAVA

🗓 03.06.2025 10:08 ✍️ "Elçi" qəzeti
Külək əsir, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatır - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə Elchi.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 3-ü saat 10:00-a olan məlumatına əsasən, bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır.

Küləyin sürəti

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək çatır.

Dənizdə dalğanın hündürlüyü

Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatır.

Yağıntının miqdarı

Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.

Qeyri-sabit hava şəraiti davam edəcək

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.

Bənzər yazılar