Ukraynanın xarici işlər naziri Dmitriy Kuleba Rusiyanın Ukrayna prezidenti Volodomir Zelenskini neytrallaşdırmağa çalışacağını iddia edib.
Elchi.az xəbər verir ki, Almaniyanın “Bild” qəzetinə danışan Ukrayna xarici işlər naziri Kuleba, Zelenskiyə qarşı sui-qəsd iddiaları ilə bağlı “Rusların prezident Zelenskini öldürmək imkanı olsa, mütləq buna cəhd edəcəklər” deyib.
Kuleba Zelenskinin öldürülməsinə çağırış edən Rusiyanın keçmiş prezidenti Dmitriy Medvedyevə də cavab verib: “Medvedyev Telegram-a girməzdən əvvəl daha az araq içməlidir. Bu barədə deyə biləcəyim tək şey budur. Onun haqqında şərh verməyə dəyməz hesab edirəm, strateji kommunikasiyada müəyyən rola malikdir” ifadələrdən istifadə edib.
Şayəstə Hüseynova