Krım senatoru Olqa Kovitidi ABŞ-ın Avropada, o cümlədən Dnestryanıda yeni münaqişə yaratmağa hər cür cəhd göstərdiyini bildirib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir.
“Siz başa düşməlisiniz ki, Birləşmiş Ştatlar yaxın gələcəkdə Avropanın xarici siyasət gündəmini mümkün qədər gərginləşdirməyə çalışacaq. Vaşinqtonun nəzarətində olan Kişinyovun Rusiya Federasiyası ilə hərbi münaqişədə Ukraynaya dəstək verməsi üçün ABŞ-a Dnestryanıda müharibə lazımdır”.
Siyasətçi onu da qeyd edib ki, amerikalılar Dnestryanıda müharibəyə başlasalar, çətin ki, yaxşı reputasiya saxlaya bilsinlər. O zaman, dünya etiraf etməli olacaq ki, təcavüzkarlar Rusiya Federasiyası deyil, ABŞ və Ukraynadır.
Yeganə