"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Krım futbolu Rusiyaya ciddi zərbə vura bilər

20 Avqust 2014 - 10:30
in İDMAN
FacebookVatsap

Rusiyada ehtiyat edirlər ki, Vladimir Putinə xoş görünmək üçün Rusiya Kubokunun ilkin matçlarına buraxılmışimg1621904 Krım klublarına görə UEFA ölkəni cəzalandıra bilər.

Bunu da oxuyun

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ötən həftə Krımı təmsil edən bir neçə klub Rusiya Kuboku uğrunda ilkin matçlarda iştirak edib. Moskva bu qənaətdədir ki, Krım klublarının Rusiya futboluna qaynayıb-qarışması Krımın inteqrasiyası üçün müsbət bir hadisədir.

Buna baxmayaraq, Rusiya Futbol İttifaqının bəzi rəsmiləri narahatdırlar ki, Krım klublarının Rusiya kuboku yarışlarına buraxılması, Rusiyanın özünü 2018-ci ilin Dünya Çempionatı üçün zorla qazanılmış ev sahibliyi hüququndan məhrum edə bilər.

“Tavriya” təslim olmur

Krımı Rusiya ilhaq etsə də, Simferopolun “Tavriya” klubu və Sevastopol komandası Ukrayna futbol çempionatında oyunlarını davam etdiriblər.  Bu komandaların oyunçuları özlərini hələ də ukraynalı sayırlar.

Buna baxmayaraq, mövsümün sonunda hər iki komanda guya maliyyə vəziyyətləri ilə əlaqədar bağlanıb, hərçənd idman şərhçiləri əsas səbəbin siyasi olduğunu bildirirlər.

Üstəlik Ukrayna bayrağına sadiq qalan və buna görə də bağlanan klublar əsasən güclü klublardır. Əvəzində Krımda Rusiya futbol çempionatına qatılmaq üçün bir neçə yeni klub təşkil edilib.

Maraqlıdır ki, Krım klubları artıq Rusiya çempionatına qatılsalar da, Krım Futbol Federasiyası Rusiya Futbol İttfaqı tərəfindən hələ də tanınmayıb.

Putin-UEFA dilemması

Britaniya mətbuatı yazır ki, Avropada futbola rəhbərlik edən qurum – UEFA Krım klublarını hələ də Ukrayna klubları kimi tanıyır.

Bu klubların başqa ölkənin çempionatında iştitak etməsi UEFA qaydalarına ziddir.

FİFA bildirib ki, bu məsələnin yoluna qoyulması tamamilə UEFA-nın vəzifəsidir, UEFA isə Ukrayna və Rusiya futbol rəhbərliklərini problemi danışıqlar yolu ilə həll etməyə çağırır.

Təhlilçilər bildirirlər ki, Rusiyanın futbol rəhbərliyi Vladimir Putinin Krımı Rusiyaya tam inteqrasiya etmək ambisiyası ilə UEFA və FİFA-nın qaydaları arasında çıxılmaz vəziyyətdə qalıb.

Futbol oliqarxları narahatdırlar

Rusiya Futbol İttifaqında narahatdırlar ki, bu dolaşıqlığa görə Avropa və ABŞ sanksiyalar siyahısına Rusiyanın futbol qurumlarının bizneslərini, fərdi futbol rəsmilərini də əlavə edə bilər.

Bu günlərdə Rusiya Dəmir Yollarının rəhbəri Vladimir Yakunin Rusiya Milli Oçempionu olan MOİK-in başçısı Yevgeny Giner-i “təslimçilikdə” ittiham edib.

Giner Ukraynada doğulub və enerji və avtomobil sənayesi sahəsində sərvət toplayıb. O, Rusiya Futbol İttifaqının keçmiş rəhbəri, Roman Abramovich-in yaxın müttəfiqidir.

Yevgeny Giner ehtiyat etdiyini bildirib ki, Rusiya Çempionlar Liqasından xaric edilə, üstəlik ölkə daha geniş sanksiyaların bir hissəsi kimi dünya çempionatına ev sahibliyi Rusiyadan alına bilər.

Məsələ Putin səviyyəsində həll olunmalıdır

Giner Yakuninə cavabında deyib ki, onun əsas narahatlığı məhz bunlardandır. O söyləyib ki, FİFA 2018-ci il çempionatını Rusiyadan alan kimi İngiltərəyə verməyə hazırdır.

Vladimir Yakunin isə hesab edir ki, Yevgeny Giner bir biznesmen kimi Qərbin sanksiyalar siyahısına daxil ediləcəyindən ehtiyatlanır.

Rusiyada məşhur “Magnet” masğazalar şəbəkəsinin və Krasnodar futbol klubunun sahibi Sergey Galitsky bu qənaətdədir ki, Krım klublarının Rusiya çempionatına daxil edilməsi məsələsinə ən yüksək səviyyədə, yəni Putin səviyyəsində baxılmalıdır.

Media məlumatlarına görə FİFA prezidenti Sepp Blatter ötən həftəsonu Moskvada olub və Rusiya prezidenti ilə 2018-ci il çempionatına hazırlıq məsələlərini müzakirə edib.

Yaltada niyə futbol oynamaq olmaz?

Yaranmış situasiyanı Rusiya Futbol İttifaqının keçmiş rəhbəri Vyacheslav Koloskov daha praqmatik izah etməyə çalışıb.

O deyib ki, prinsipcə, Krım klublarını Rusiyada qeydiyyata götürmək çətin deyil, lakin bu klubların Sevastopol və ya Yaltada oynaması Qərb tərəfindən qanunsuz sayılacaq və demək olar, dərhal sanksiyalar qoyulacaq.

Bununla belə, Koloskovun fikrincə, maksimum sanksiyalar dərhal tətbiq olunmur və adətən xəbərdarlıq dövrü olur. Bu isə məsələnin siyasi yolla çözülməsinə imkan verir.

Rusiyada futbol qərarları da siyasi olur

Krasnodar futbol klubunun sahibi Sergey Galitsky-nin fikrincə, məsələ bu qədər də bəsit deyil.

Onun fikrincə, məsələ təkcə Rusiya klublarının Avropa yarışlarından çıxarılması ilə bitməyəcək, “Rusiya klublarındakı xarici oyunçular çıxıb gedəcəklər və onda əsl iflas başlanacaq”.

Lakin təhlilçilər bildirirlər ki, Rusiyada bütün qərarlar siyasi rakursdan qəbul olunur. Belə olduqda isə, Rusiya öz çempionatında Krım klublarını oynatmaq xətrinə dünya çempionatını qonaqlamaq hüququnu qurban verə bilər (“Azadlıq” radiosu).

 

Previous Post

Krım futbolu Rusiyaya ciddi zərbə vura bilər

Next Post

“Beşiktaş”-“Arsenal”: 0-0

Bənzər yazılar

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

05 Oktyabr 2026 - 12:15

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Elchi.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37

Futbol üzrə İspaniya yığmasının və Fransanın PSJ klubunun futbolçusu Ferran Torres milli komandanın düşərgəsini tərk edib. Elchi.az xəbər verir ki,...

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16

Portuqaliya Futbol Federasiyası (FPF) hücumçu Kristiano Ronaldo ilə Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jesus arasındakı münasibətləri düzəltmək üçün strategiya...

Next Post

"Beşiktaş"-"Arsenal": 0-0

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Son xəbərlər

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Oktyabr 2026 - 12:43
Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28
“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20
Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

05 Oktyabr 2026 - 12:15
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04
Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

Türkiyənin Azərbaycandakı səfiri iki ölkə şairlərinin yaradıcılığı ilə bağlı təkliflə çıxış edib

05 Oktyabr 2026 - 11:51
Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir

05 Oktyabr 2026 - 11:38
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub

05 Oktyabr 2026 - 11:25
İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib

05 Oktyabr 2026 - 11:17
Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

Tramp süni intellekt yarışında yeni mərhələyə keçir: “Super İntellekt Qüvvəsi” yaradıldı

05 Oktyabr 2026 - 11:09
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 - 11:08
Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

05 Oktyabr 2026 - 10:44
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.