Kremldən Ukraynaya qaz vermək istəyənlərə təhdid

🗓 26.09.2014 22:33 ✍️ "Elçi" qəzeti
“Əgər Avropa İttifaqı ölkələri Ukraynaya qazın reeksportu ilə məşğul olsalar, o zaman onlara Rusiya1411748406 (1) qazı satılmayacaq”.   Frans Press Agentliyi xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Energetika naziri Aleksandr Novak çıxış edib.   O, Avropa İttifaqı ölkələrinin Rusiya ilə imzaladıqları qaz müqaviləsinə hörmət etməyə çağırıb. Novak bu müqavilənin fasiləsiz qaz ötürülməsinin yeganə qarantı olduğunu bildirib.   Qeyd edək ki, Rusiya bu ilin əvvəllərindən Ukraynaya qazın verilməsini dayandırıb. Bunun əvəzində isə Macarıstan, Polşa və Slovakiya aldıqları rus qazını Ukraynaya ötürüblər.  

Bənzər yazılar