Peskov bildirib ki, Ukrayna yeni geosiyasi reallığı nəzərə almalı olacaq.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara qərar verərsə, yeni geosiyasi reallığı nəzərə almalı olacaq.
“Xüsusi əməliyyat başlayandan geosiyasi reallıq kəskin şəkildə dəyişdi – həm Ukraynanın, həm də Rusiyanın sərhədləri dəyişdi. Bizim dörd yeni qurumumuz var – buna göz yummaq olmaz, bu, hamının hesablaşmalı olacağı yeni reallıqdır”, – Rusiya Federasiyası Prezidentinin mətbuat katibi RİA Novosti-yə müsahibəsində bildirib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski öz ritorikasından uzaqlaşaraq ölkəni 1991-ci il sərhədlərinə qaytarmadan Rusiya ilə Ukrayna arasında danışıqlara başlaya biləcəyini bildirib.
Şayəstə Hüseynova