Kreml Sibir alimlərinin müraciətinə baxıb

97

Kreml Nəzəri və Tətbiqi Mexanika İnstitutunun əməkdaşlarının vətənə xəyanətdə ittiham olunan həmkarlarına dəstək müraciətinə baxıb.

Elchi.az mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O, xüsusi xidmət orqanlarının işinin nəticəsini və məhkəmənin qərarını gözləməyi təklif edib:

“İttiham ciddidir. Rusiya xüsusi xidmət orqanları işləyir. Onlar öz funksiyalarını yerinə yetirirlər. Bizim hər hansı mövqedən danışmağa haqqımız yoxdur”, – deyə Peskov bildirib.

Bundan əvvəl fizika-riyaziyyat elmləri doktoru Aleksandr Şiplyuk dövlətə xəyanət ittihamı ilə həbs edilmişdi. Alim artıq Moskvaya, Lefortovo istintaq təcridxanasına aparılıb.

Yeganə