“Rusiya hakimiyyəti Qırğızıstandan dövlət çevrilişi cəhdi ilə bağlı xəbərləri diqqətlə izləyir”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Qırğızıstandakı vəziyyəti şərh edərkən qeyd edib:
“Hələlik çox narahatedici xəbərlər gəlir. Ona görə də biz xəbərləri diqqətlə izləyirik. Kremldə bu məsələ ilə bağlı ətraflı məlumat yoxdur”.
Xatırladaq ki, bundan əvvəl xarici KİV-lər Qırğızıstanın xüsusi xidmət orqanlarının dövlət çevrilişi hazırlayan şəxsləri kütləvi şəkildə həbs etdiyini yazmışdı. Eyni zamanda, Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi hələlik bu məlumatı şərh etməyib.
Yeganə