Kreml 9 May Qələbə paradının keçiriləcəyi ilə bağlı anons verib.
Elchi.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, faşizm üzərində Qələbənin 77-ci ildönümünə həsr olunmuş hərbi paradın böyük məşqinin mayın 7-də keçiriləcəyi bildirilib.
Mayın 9-da isə Qırmızı Meydanda hərbi parad keçiriləcək.
Kremlin mətbuat xidməti jurnalistlərin 9 may paradına akkreditasiyasını da açıq elan edib. Belə ki, yerli və xarici media nümayəndələri üçün aprelin 12-nə kimi akkreditasiya üçün müraciət etmək tələbi qoyulub.