Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının məzmununu açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə saytda məlumat verilir.
Kremldə qeyd edildiyi kimi, Ərdoğan Türkiyədə zəlzələlərin nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə görə Putinə təşəkkür edib. Öz növbəsində Rusiya lideri zərər çəkmiş rayonların bərpasına kömək etməyə hazır olduğunu təsdiqləyib.
Bundan əlavə, liderlər enerji sektorunda əməkdaşlığı, xüsusən də Rusiya enerji daşıyıcılarının tədarükü və Akkuyu atom elektrik stansiyasının tikintisini müzakirə ediblər. Prezidentlər Ukraynadakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.
Bundan əvvəl Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb. Türkiyə prezidenti dəfələrlə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.
Havar Şəfiyeva