Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Orenburq, Kurqan və Tümen vilayətlərində daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı geniş iclas keçirəcək.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
Peskov bildirib ki, görüş aprelin 24-də baş tutacaq və iclasda region rəhbərləri və müvafiq hökumət rəhbərləri iştirak edəcək.
Peskov jurnalistlərə deyib ki, Putinin çərşənbə günü bir çox ictimai olmayan mühüm görüşləri planlaşdırılıb.
Yeganə