Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əmindir ki, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin “Bir kəmər, bir yol” forumu üçün Pekinə gözlənilən səfəri zamanı, şübhəsiz ki, məxfi təkbətək söhbətə vaxt tapacaqlar.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Oktyabrın 17-dən 18-dək Pekində “Bir kəmər – bir yol” üçüncü beynəlxalq forumu keçiriləcək. Rusiya Federasiyasının prezidenti orada iştirak etməyi planlaşdırır. “Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə Si Cinpin tərəfindən maraqlı ölkələrin iştirakı və Çin, eləcə də xarici kapitalın istifadəsi ilə beynəlxalq çoxtərəfli ticarət və investisiya layihələrini artırmaq üçün təklif olunan konsepsiyadır. Artıq 150-dən çox dövlət və 30-dan çox beynəlxalq təşkilat ona qoşulub.
Nuranə Məmmədova