Kreml dövlət başçısının rəsmi portalında Rusiya prezidenti Vladimir Putinin tərcümeyi-halını yeniləyəcək , onu son altı ildəki məlumatlarla tamamlayacaq.
Elchi.az xəbər verir ki, bu barədə “TASS”a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bu səhifədə prezidentin ətraflı tərcümeyi-halı – həm şəxsi, həm də peşəkar tərcümeyi-halı təqdim olunur. Putinin yüksək postda olduğu dövrdə ölkənin həyatında baş verən əsas hadisələr göstərilir. Eyni zamanda, baxış onun 2018-ci ildə yenidən prezident seçilməsi ilə başa çatır.
O, portalın son altı ildəki məlumatlarla, habelə Putinin yeni prezidentlik müddəti ilə bağlı məlumatlarla əlavə olunub-olunmayacağı sualına “Bəli, əlbəttə” cavabını verib.
Nuranə Məmmədova