Rusiya Kosovoda vəziyyətin gərginləşməsindən narahatdır. Elchi.az TASS-a idtinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz bunu izləyirik, biz tamamilə qeyd-şərtsiz Serbiyanı dəstəkləyirik” – deyə Kreml sözçüsü vurğulayıb. Onun sözlərinə görə, Moskva hesab edir ki, Kosovo serblərinin bütün qanuni hüquq və mənafelərinə hörmət edilməli, onlara qarşı təxribat xarakterli hərəkətlər qəbuledilməz olmalıdır.
Peskov qeyd edib ki, Kosovo böhranı ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə serbiyalı həmkarı Aleksandr Vuçiç arasında təmaslar planlaşdırılmır. O qeyd edib ki, Moskva və Belqrad diplomatik kanallar vasitəsilə daim əlaqə saxlayırlar.
Havar Şəfiyeva