Kreml İrəvanın bu addımını “təhlil” edir

94

ABŞ və Ermənistanın keçirdiyi təlimlər dərin təhlil tələb edir.

Elchi.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“ABŞ-Ermənistan təlimləri dərin təhlil tələb edir. Müəyyən etmək lazımdır ki, Ermənistan hansı məqsədləri güdür. Biz bununla bağlı Ermənistanla əlaqə quracağıq”, – o bildirib.

Qeyd edək ki, bu gündən Ermənistanda ABŞ-la birgə hərbi təlimlər başlayır. Təlimlər sentyabrın 20-dək davam edəcək.