"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Kreml Ermənistana Türkiyədən qapı açmaq istəyir – Ankara və Bakıya Avrasiya tələsi

17 Mart 2017 - 10:22
in SİYASƏT
FacebookVatsap

Rusiya baş diplomatından ilginc anons; Gürcüstan yolunun qapalı qalması işğalçı ölkənin blokadasını ilbəil ağırlaşdırır; Rusiya öz satellitinə çıxış yolu axtarışında; Türkiyə Avrasiya İqtisadi Birliyinə qoşularsa, təcavüzkarın blokadası yarıla bilər, ancaq…; Sərksyanın Moskva səfərinin daha bir pərdəarxası…
Ermənistan prezidenti Serj Sərkisyanın Moskva səfəri başa çatıb. Dünən – səfərin ikinci günü o, Rusiya baş naziri Dmitri Medvedyevlə də görüşə bilib. Bu da o deməkdir ki, işğalçı ölkə başçısının Moskva ziyarəti təkcə siyasi mövzularla, o sırada 2 aprel seçkiləri və Dağlıq Qarabağ problemi ilə deyil, həm də və daha çox, iqtisadi məsələlərlə ilgili olub.
Söhbət öncəliklə Ermənistanın ildən-ilə ağırlaşan iqtisadi izolyasiya durumunu hansısa şəkildə yumşaltmaqdan, Azərbaycan və Türkiyənin Qarabağa görə tətbiq etdiyi kommunikasiya blokadasını yarmaqdan gedir. Bəllidir ki, ötən ayın sonlarında Ermənistanın baş naziri Karen Karapetyanın Gürcüstana etdiyi iki günlük səfərin əsas məqsədlərindən biri 16 ilə yaxındır işləməyən Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolunu açmaqla bağlı olub.

Bunu da oxuyun

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Lakin danışıq konfidensial olsa da, sızan məlumatlara görə, erməni baş nazir bəzi ikinci dərəcəli anlaşmaların imzalanmasına rəğmən, Gürcüstandan əliboş qayıdıb.

Image result for Türkiye ermenistan sınırı
Bu da gözlənilən idi. Çünki adıçəkilən dəmir yolunun işə salınması təkcə Gürcüstandan asılı məsələ deyil. Bundan ötrü gərək rəsmi Tiflis strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərində olduğu Azərbaycan və Türkiyənin də razılığını ala. Azərbaycan torpaqları işğal altında qala-qala, belə bir razılığın verilməsi isə istisnadır.
Ermənistanı təlaşlandıran həm də ondan yan keçəcək Bakı-Tiflis-Qars dəmir yolunun artıq işə düşmək üzrə olmasıdır. O halda təcavüzkarın iqtisadi izolyasiyası bir qədər də güclənmiş olacaq. Odur ki, İrəvan başına başqa çarə tapmaq zorundadır. Bu yöndə onun güvəndiyi yeganə himayəçi isə Rusiya ola bilər.
Şəksiz ki, Sərkisyanın Moskva səfərinin gündəliyində iqtisadi blokada ilə bağlı məsələlər mühüm yer tutub. Ancaq erməni qaynaqlarının da yaydığı xəbərlərdən belə qənaət hasil olur ki, Rusiya bu yöndə İrəvana təsəlliverici hər hansı söz deməyib, vəd verməyib.

Image result for Türkiye ermenistan sınırı
***
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov mövzuya dəxli olan maraqlı açıqlama verib. Belə k, Rusiya baş diplomatı Dağlıq Qarabağa görə on illərdir qapalı qalan türk-erməni sərhədindən danışıb. Musavat.com-un məlumatına görə, “Regioanal Post – Caucasus” jurnalına müsahibəsində Lavrov deyib ki, Moskva Türkiyə ilə Ermənistan arasında danışıqlara yardımçı olmağa hazırdır və belə danışıqları yalnız alqışlayardı. Onun sözlərinə görə, “2007-2009-cu illərdə (Sürix protokollarının da gündəmdə olduğu aktiv dövr-red.) Ankara ilə İrəvan arasında əlaqələrin donunun açılması üçün mühüm səylər göstərib, lakin az sonra normallaşma prosesi dayanıb”.

Image result for Putin sarqsyan
“Lakin prinsipial mühüm olanı odur ki, tərəflər anlaşmaq bacarığı, ciddi və məsuliyyətli qərarlar qəbul etmək qabiliyyəti nümayiş etdirsinlər. Əminəm ki, həm Ermənistan, həm də Türkiyə aradakı problemləri yoluna qoymaq iqtidarındadır. Bu zaman onların özlərindən çox şey asılıdır. Nə vaxt ki, İrəvan və Ankara danışıqlar masası arxasında oturacaq, o zaman Rusiya onlara ən fəal dəstəyi verəcək”, – deyə S.Lavrov Rusiya adından vəd verib.
Rusiya XİN başçısının aşağıdakı fikri isə bizcə, daha diqqətçəkicidir. Sitat: “Aydındır ki, biz Avrasiya İqtisadi Birliyinin erməni-türk hissəsinin açılmasını, insanlar, mal- xidmətlərin sərbəst hərəkəti üçün açılmasını yalnız alqışlayardıq. Bu, şəksiz ki, ümumi regionun faydasına işləyəcək”.
***
Dünya okeanına heç bir çıxışı olmayan, Rusiya ilə quru sərhəddən məhrum Ermənistanın iqtisadi xilası sözsüz ki, ya Azərbaycanla, ya da Türkiyə ilə sərhədin açılmasından keçir. Gürcüstan birmənalı qərbyönlü siyasət yürütdüyü üçün bu xüsusda önəmli və aktual deyil. Həm də Ermənistanın xarici aləmə çıxışı daha çox Azərbaycan və Türkiyə hesabına mümkün sayılır.

Image result for Türkiye ermenistan sınırı
Erməni toplumunda isə belə bir rəy get-gedə qətiləşməkdədir ki, ölkənin ağır iqtisadi duruma düşməsində Rusiya ilə müttəfiqlik əlaqələri də mühüm rol oynayır. Bu isə işğalçı ölkədə rəsmi Kremlə qarşı artan ictimai narazılıq deməkdir. Belə bir narazılığın “qırmızı xətti” keçməməsindən ötrü Moskva nə(lər)sə etmək zorundadır – bir şərtlə ki, Kremlin bölgədəki köklü maraqları zədə almasın.
Ehtimal ki, Azərbaycanla yanaşı, Türkiyəni də Avrasiya Birliyinə qoşmaqla bağlı ara-sıra səslənən fikir-təkliflərin arxasında həm də bu hədəf durur: qardaş ölkəni Qərb iqtisadi-siyasi və təhlükəsizlik məkanından qoparıb Ermənistanın da daxil olduğu Avrasiya Birliyi məkanına çəkmək və ardınca bu məkan çərçivəsində öz geosiyasi maraqlarını təmin eləmək, paralel surətdə işğalçı ölkədə anti-Rusiya ovqatını səngitmək. Yəni “bir gülləyə bir neçə dovşan vurmaq”, o cümlədən işğalçı ölkəyə Türkiyədən qapı açmaq.
Lakin Türkiyə qeyd-şərtsiz, Azərbaycanın köklü maraqlarını ciddiyə almadan buna gedərmi, Kremlin Avrasiya tələsinə düşərmi? Cavab aydındır. O zaman yalnız bir yol qalır. Onu da ABŞ-ın Ermənistandakı səfiri Riçard Mayls az öncə İrəvanda belə ifadə eləmişdi: “Qarabağ problemi çözülmədən, sərhədlər açılmadan Ermənistanın iqtisadi inkişafı mümkün deyil”.
Maraqlıdır ki, Sərkisyandan cəmi bir həftə öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada olub. İstisna deyil ki, Putin-Ərdoğan görüşündə bu və digər məsələlər də müzakirə predmeti olub.

Previous Post

Kreml Ermənistana Türkiyədən qapı açmaq istəyir – Ankara və Bakıya Avrasiya tələsi

Next Post

Mövlud Mövlud Elnaz Eyvaza şeir yazdırıbmış

Bənzər yazılar

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

09 Oktyabr 2026 - 18:17

Azərbaycanın Latviyadakı yeni səfiri Nərminə Mustafayeva bu ölkənin xarici işlər naziri Baiba Braje ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

09 Oktyabr 2026 - 17:10

Prezident İlham Əliyevin oktyabrın 8–9-da Türkmənistana işgüzar səfəri çərçivəsində iştirak etdiyi yüksəksəviyyəli görüşlər, çıxışlar və əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq...

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

09 Oktyabr 2026 - 16:38

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb.  

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

09 Oktyabr 2026 - 16:12

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub. Elchi.az xəbər verir ki,...

Next Post

Mövlud Mövlud Elnaz Eyvaza şeir yazdırıbmış

Erməni general ağır yaralandı - Qarabağda

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.