"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Kreml Bakı və Ankaraya revanş-sürpriz hazırlayır – iddia

12 Aprel 2016 - 08:54
in aktual-banner, Banner
FacebookVatsap
Kreml Bakı və Ankaraya revanş-sürpriz hazırlayır - iddia

4 günlük savaşla bağlı şimaldan təhlükəli gözlənti; Prezidentlər Əliyev və Ərdoğanın qarşılıqlı səfərlərinin gözlənildiyi apreldə, uydurma soyqırımın ildönümündə iki qardaş ölkə yeni sınaqla üzləşə bilər; türkiyəli analitik xəbərdarlıq edir: “Azərbaycan Türkiyəyə yaxınlaşdıqca Rusiya Qarabağ kartından daha güclü istifadə edəcək…”

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Ötən sayımızda Azərbaycan ordusunun Qarabağdakı bllts-zəfərində “Türkiyə izi”ndən yazmışdıq. Söhbət iki qardaş ölkə arasında hərbi sahədə son illər dərinləşən əməkdaşlığın gətirdiyi ilk sanballı töhfədən, bölgədə həm Azərbaycan, həm də Türkiyənin nüfuzunun artmasından gedir – hansı ki, ən çox Rusiyanı narahat etməkdədir. 
Moskvanın münaqişə zonasındakı son gərginliyə görə hələ də Ankaranı suçlu çıxarmasının əsas motivini də məhz bu amillə bağlamışdıq. Kreml xüsusən də 24 noyabr təyyarə insidentindən sonra Azərbaycan-Türkiyə yaxınlaşmasına əndişə ilə yanaşır, ona görə ki, bu yaxınlaşmanı ilk növbədə özünün Güney Qafqazdakı maraqlarına təhlükə sayır. Bir çox təhlilçilər Dağlıq Qarabağ konflikti zonasında yaşanan 4 günlük müharibənin əsas səbəbləri sırasında bu faktoru önə çəkməkdədirlər.
***
“Təmas xəttində ermənilərin son provokasiyasının arxasında Azərbaycanın Türkiyəyə yaxınlaşmasından dolayı Rusiyanın narahatlığı dayanır. Bu, atəşkəs rejiminin ermənilər tərəfindən pozulmasının əsas səbəbidir. Ancaq nə olur-olsun Türkiyə bundan sonra da Azərbaycanı müdafiə edəcək”. Bunu rusdilli vesti.az saytına türkiyəli analitik, Strateji Tədqiqatlar Mərkəzinin prezidenti Yusif Çinar bildirib. 
Analitik daha sonra cəbhədəki situasiyanın ağırlaşması ərəfəsində Rusiya XİN rəsmisi Mariya Zaxarovanın“Türkiyə və Rusiya arasında böhran müvəqqəti xarakter daşıyır” bəyanatını xatırladaraq deyib: “Bunun ardınca Türkiyə baş naziri Əhməd Davudoğlu bəyan elədi ki, iki ölkə arasında gərginlik çox çəkməyəcək. Bu bəyanatların ardınca münasibətlərdə yumşalma gözlənilirdi. Lakin cəbhə xətindəki vəziyyətin qəfil pisləşməsi bu ehtimalı azaltdı. KİV-lərdə belə bir informasiya keçdi ki, Rusiya yaxın zamanlarda Ermənistanda öz hərbi mövcudluğunu artıracaq, onun ərazisində 5 min nəfərlik hərbçi və yeni silahlar yerləşdirəcək. Səbəb kimi də Azərbaycanın regional inkişaf sahəsində Rusiyanı ”bort arxasında” qoyması göstərilirdi”.
 
“Xatırladım ki, birinci Qarabağ müharibəsi zamanı Rusiya işarə vurmuşdu ki, əgər Türkiyə ilə yaxınlaşan Elçibəy Rusiyanı qulaqardı etməsəydi, Azərbaycan Qarabağı itirməzdi. ”Su 24″ təyyarəsi ilə bağlı insidentdən sonra isə Moskva Azərbaycanla Türkiyə arasında münasibətlərin necə güclü şəkildə yaxşılaşdığını qısqanclıqla müşahidə edir” – ekspert qeyd edib.
Onun sözlərinə görə, bu yaxınlaşma nə qədər dərin olsa, Rusiya bir o qədər tez-tez Qarabağ kartından istifadə edəcək. “Rusiya Azərbaycana təzyiq rıçaqı üçün Dağlıq Qarabağ münaqişəsi ilə spekulyasiya edir. Moskva Suriya böhranına müdaxilə etdikdən sonra Dağlıq Qarabağ probleminin həllinə öz təsirini nümayiş etdirmək istəyirdi. Ancaq gözləntilərində bərk yanıldı. Rusiya ermənilərin provokasiyasına Azərbaycanın belə sərt cavab verəcəyini gözləmirdi. Azərbaycan nəinki Ermənistanın hücumuna duruş gətirdi, eyni zamanda Qarabağ məsələsində öz qətiyyətini nümayiş etdirdi”.
***
Türkiyəli analitikin fikirləri gerçək olmaqla yanaşı, həm də narahatlıq doğurur və xəbərdarlıq xarakteri daşıyır. Bu xəbərdarlığın da mahiyyəti ondan ibarətdir ki, Moskva münasibətləri durmadan dərinləşən Azərbaycan və Türkiyəyə ermənin əli ilə, Qarabağ kartından istifadə eləməklə, habelə, 4 günlük savaşın revanşı kimi yeni sürpriz etmək istəyinə düşə bilər. Saxta erməni soyqırımının yaxınlaşan növbəti ildönümü bu ehtimalı gücləndirir ki, zəiflətmir.
Məsələ də ondadır ki, bu həftə prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak eləmək üçün Türkiyəyə səfər edəcək. Ayın sonlarında (aprelin 25-də) isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tədbirində iştirak üçün Bakıya gələcək.
Hər iki tədbir əslində beynəlxalq miqyaslı olsa da, aydın məsələdir ki, Ankara-Bakı müttəfiqliyinin dünyaya növbəti nümayişi ilə yadda qalacaq. Demək, yüzdə yüz Moskvada əlavə qıcıq doğuracaq. Bu mənada xüsusən də aprelin 24-də – uydurma “genosidin” ildönümü və Ərdoğanın Bakı səfəri ərəfəsində Kremlin Azərbaycanı ümidverici sülh danışıqları ilə “yuxuya verib” cəbhədə yeni bir təxribat hazırlamayacağına əminlik yoxdur – üstəlik, erməni də indi revanş istəyi ilə alışıb-yanırsa…
Onu da unutmayaq ki, qardaş ölkə liderinin Bakı səfəri son iki ayda iki dəfə terror aktları səbəbi ilə təxirə salınıb və bu olayların arxasında “rus barmağı” da görünüb. Yəni sürpriz Qarabağla bağlı olmaya da bilər…
Previous Post

Kreml Bakı və Ankaraya revanş-sürpriz hazırlayır – iddia

Next Post

Türkiyə Əsədlə danışıqlara başladı – İddia

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

Türkiyə Əsədlə danışıqlara başladı - İddia

Türkiyə Əsədlə danışıqlara başladı - İddia

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.