“ABŞ-ın sülhə can atması və Ukraynaya silah tədarükünün davam etdirilməsi ilə bağlı açıqlamalarında ikililik var”.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Vaşinqtonun münaqişə ilə bağlı mövqeyinin şərh edərkən deyib.
Rusiya liderinin mətbuat katibi bildirib:
“Bir tərəfdən, onlar silah tədarükünü davam etdirirlər, lakin bu münaqişədə iştirak edən digər ölkələrdən fərqli olaraq, ABŞ yenə də sülh prosesinə sadiq qalır”.
O, əlavə edib ki, Moskva vəziyyətə çəhrayı eynəkdən baxmır və ABŞ-ın Kiyevə silah tədarükündən həmişə xəbərdar olub.
Peskov həmçinin ABŞ prezidenti Donald Trampın Ukraynanın Rusiya ərazisinin dərinliklərindəki zərbələri ilə bağlı sözlərinə də cavab verib. Onun sözlərinə görə, Kreml bu hərəkətləri eskalasiya kimi deyil, ABŞ rəhbərliyinin yanlış təsəvvürlərinin əlaməti kimi görür.
Yeganə





















