"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Kredit borcu olanların əmlakı təhlükədə

29 Mart 2017 - 09:41
in CƏMİYYƏT
FacebookVatsap

>

Bunu da oxuyun

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

Sabahın havası açıqlanıb

Azərbaycanda bank sektorunun ən böyük bəlası hesab olunan problemli kreditlərin həlli durmadan artmaqdadır. Bu kreditlər geri qayıtmamaqla yanaşı, bu günə kimi problemin hər hansı həlli yolu da müəyyən olunmayıb. Nəticədə banklar çıxış yolunu vətəndaşları kütləvi şəkildə məhkəməyə verməkdə görüblər.

Elchi.az xəbər verir ki, bu haqda xəbəri “Yeni Müsavat” yayıb. Xəbərdə bildirilir ki, son aylarda banklar tərəfindən məhkəmələrə müraciətlər olunub və məhkəmələrdə borclunun iştirakı olmadan birtərəfli qaydada qərarlar çıxarılıb ki, borc ödənilmədiyi halda onların adlarında olan əmlaka həbs qoyulsun. Bu barədə məhkəmə qərarları demək olar ki, kredit borcu olan əksər vətəndaşlara göndərilib. Hazırda vətəndaşlar bu məhkəmə qərarları ilə bankların onlara qarşı hansı addımları ata biləcəyindən narahatdırlar.

Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov mövzu ilə bağlı qəzetə deyib ki, bankların vəziyyəti ağırlaşdıqca onlar borclulara qarşı amansız olurlar: “O cümlədən məhkəmə, icra məmurları və hətta polisdən də müxtəlif yollarla istifadə edərək əhalidə xof yaratmaq istəyirlər. Sadəcə olaraq, onlardan qorxmaq lazım deyil. Təcrübəmiz göstərir ki, haqqını bilən və tələb edəndən dərhal əl çəkirlər. Bilməyənin isə üstünə gedirlər. Ona görə də bir neçə məsələni xüsusi qeyd etmək istərdim. Əvvəla, hamı bilsin ki, borc hər kəsin rəsmi əmlakı və gəliri hesabına qaytarılmalıdır. Əmlak yoxdursa, borcun qaytarılmamasına görə borclunu heç bir məsuliyyət gözləmir. Əmlak dedikdə nə başa düşülür? Torpaq, ev, avtomobil və digər əşyalar. Vətəndaşın yalnız bir evi varsa, onu əlindən ala bilməzlər. Bu zaman yaşayış üçün zəruri əşyalar istisna təşkil edir: paltar, çarpayı, soyuducu və s. Hər hansı əşyanın vətəndaşın evində olması mütləq ona mənsub olması demək deyil. Qohumları ilə birgə yaşayırsa, icra məmuru əşyanın məhz borcluya məxsus olmasını sübut etməlidir. Məsələn, tutaq ki, kişiyə məxsus evdə arvadı, oğlu və gəlini yaşayır. Evdə bahalı mebel var. Gəlin iddia etsə ki, mebel onun cehizliyidir, təbii, qayınatasının borcu üzrə həmin mebelə tutma yönəldilə bilməz. Yaxud evdə zərgərlik məmulatları var. Kişinin arvadı və gəlini həmin məmulatlarını onlara məxsus olduğunu iddia edə bilər. Evdə kompüter varsa, oğlu deyəcək ki, kompüter onundur və s. Yəni əmlakın mənsubluğunu sübut etmək vəzifəsi dövlət orqanının üzərindədir”.

Hüquqşünasın sözlərinə görə, vətəndaşın yalnız yaşayış minimumu təmin edildikdən sonra onun gəliri borc üçün tutula bilər: “Gəlir dedikdə nə başa düşülür? Əmək haqqı, pensiya və bu kimi gəlirlər. Həmin gəlir borclunun və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin etdikdən sonra nə isə qalırsa, həmin artıq məbləğdən borc tutula bilər. Özü də maksimum həmin aylıq gəlirin yarısı tutula bilər. Hazırda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün isə 136,6 manat məbləğindədir. Məsələn, ər-arvad və yetkinlik yaşına çatmayan iki uşaqdan ibarət ailədir. Onların cəmi yaşayış minimumu 602,2 manat təşkil edir. Yalnız kişi işləyir və əmək haqqı 500 manatdır. Bu əmək haqqından borc üçün heç nə tutula bilməz. Tutulsa, şikayət etmək lazımdır.

Əkrəm Həsənov bütün borclulara məhkəmə proseslərində mütləq iştirak etməyi də tövsiyə edir: “Ən azı borcun həqiqi məbləğini müəyyənləşdirmək üçün hakimdən mühasibatlıq ekspertizasının keçirilməsini tələb etsinlər. Təcrübə göstərir ki, əksər hallarda banklar şişirdilmiş rəqəmlər təqdim edir və ekspertlər borc məbləğini azaldır. Daha sonra cərimə məbləğlərinin də azaldılmasını hakimdən xahiş etmək olar. Dollar krediti üzrə isə Konstitusiya Məhkəməsinin qərarına əsasən güzəşt tələb etmək, hətta şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edərək müqavilə şərtlərinin dəyişdirilməsini tələb etmək olar. Yəni sonadək bankla mübarizə aparmaq lazımdır. Ümumiyyətlə, borclular nə qədər çox mübarizə aparsa, haqqını tələb etsə, qanun pozuntuları bir o qədər az olacaq və banklar çarəsizlikdən güzəştə getməyə məcbur olacaq. Son vaxtlar banklar güzəştlərə getməyə başlayıb. Sadəcə, regionlarda əhalinin hüquqi və maliyyə savadı daha aşağı olduğu üçün onların üzərlərinə daha çox gedirlər ki, qohum-qonşuların hesabına qorxudan krediti qaytarsınlar. Borclulara tövsiyəm odur ki, mətanətli olsunlar, bir-birinə dəstək olsunlar. Bir-birilərinin məhkəmə proseslərində iştirak etsinlər, bir-birilərini müdafiə etsinlər”.

Elchi.az

Previous Post

Kredit borcu olanların əmlakı təhlükədə

Next Post

Neftin qiymətində bahalaşma

Bənzər yazılar

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə keçirilən EYBA-nın payız konfransının (“EYBA Autumn...

Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11

Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir...

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərdə arabir yağış yağır. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Next Post

Neftin qiymətində bahalaşma

Neftin qiymətində bahalaşma

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.