Rusiya kosmonavtlarının Beynəlxalq Kosmik Stansiyada (BKS) həyata keçirməsi planlaşdırılan kosmos gəzintisi Soyuz MS-22 gəmisində sızma səbəbiylə ləğv edilib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada, ISS-də olan “Soyuz MS-22” gəmisinin avadanlıq bölməsinin xarici gövdəsində zərərin aşkarlandığı bildirilib.
Zərər səbəbilə kosmik gəmidə sızma olduğuna dair məlumatların yer aldığı açıqlamada, “Sızmanın aşkarlanmasından sonra rus kosmonavtları Sergey Prokopyev və Dmitriy Petelinin planlaşdırılmış kosmos gəzintilərinin ləğvinə qərar verildi”. ifadəsindən istifadə edilmişdir.
Açıqlamada ISS və Soyuz MS-22 gəmisindəki bütün sistemlərin normal fəaliyyətini davam etdirdiyi və ekipajın təhlükəsiz olduğu qeyd edilib.
Şayəstə