"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Korrupsiyaya görə qovulan bələdiyyə sədrinin postunu oğlu tutdu

09 Yanvar 2015 - 02:20
in CƏMİYYƏT
FacebookVatsap

«Sevil Massivi» işində şok proseslər yaşanır

Bunu da oxuyun

Bakıya aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

 sevil“Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyinə cinayət işi açılandan sonra həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemləri həll edilməmiş qalır. Onlar nə mülklərinə sahib ola, nə də ödədikləri vəsaiti geri ala bilirlər. Payçılar 7 aydır ki, öz hüquqlarının müdafiəsi üçün mübarizə aparırlar. Yeni il tətili bitən kimi vətəndaşlar yenidən dövlət qurumlarının qarşısında aksiya keçirməyə başlayıblar.
Yanvarın 5-dən aldadılmış payçılar Prezident Administrasiyasının (PA), Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin, Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan icra nümayəndəliyinin və Hökməli Bələdiyyəsinin qarşısında etiraz aksiyaları keçiriblər. Onlar problemlərini şifahi deməklə yanaşı ərizə ilə də müraciət ediblər. Ərizədə aldadılmış payçıların adı, soyadı, atasının adı və daşınmaz əmlakın sahəsi yazılıb. Həmçinin ərizədə payçılar əmlak üçün verdikləri pulun məbləği və şəxsi telefon nömrələrini qeyd ediblər.
“Administrasiya ilə Korrupsiyanın yollarında qalmaqdan  bezmişik. Vəkil belə tutmuşam. Amma nə fayda! Allahın bu millətə yazığı gəlsin! Səsimizi eşidən onsuz da yoxdur. Allah bizə kömək olsun”-deyə aldadılmış payçı Həsən Ağazadə bildirdi. Payçılar bildirirlər ki, PA-nın qarşısında etiraz aksiyasından sonra bu qurumdan onlara zənglər gəlib. Danışıq zamanı vətəndaşların qeydiyyat ünvanı ilə maraqlanıblar. Administrasiyadan vətəndaşlara bildirilib ki, problemlərinin həllinin tezləşdirilməsi üçün Baş Prokurorluğun rəsmiləri ilə mütəmadi görüşsünlər.
Vətəndaşlar bildirir ki, yerli icra hakimiyyətinin və cinayət işi üzrə istintaq aparan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin verdiyi vədlərdə məqsəd vaxt qazanmaq olub. Onlara  hər dəfə “gedin, gələn ay gələrsiniz, sizə məlumat veriləcək” deyirlər. İdarənin rəisi Kamran Əliyev payçılara istintaqın 2014-cü ilin noyabr ayında bitib, işin məhkəməyə göndəriləcəyini desə də, hələ istintaqın bitmədiyi deyilir.
Aldadılmış vətəndaşları məyus edən faktlardan biri də budur ki, onları aldadan və buna görə hazırda barəsində cinayət işi açılan Hökməli bələdiyyəsinin sabiq sədri Mirnemət Miradiyevin yerinə oğlu sədr olub. 2014-cü ilin dekabr ayında keçirilən bələdiyyə seçkisinin nəticəsinə görə, 14 saylı seçki məntəqəsindən (Hökməli bələdiyyəsi üzrə) bələdiyyə sədri Miradiyev Mirəziz Mirnemət oğludur. Onun iki səs çoxluğu ilə sədr seçildiyi bildirilir.
Xatırladaq ki, “Sevil Massivi”ndə aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovanın həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri Mirnemət Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.
İstintaqın bu qərarından sonra isə bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda M. Mirsadiyevin bələdiyyə sədri vəzifəsindən çıxarılması barədə qərar qəbul olunub. Məlumatlı şəxslər iddia edir ki, M.Miradiyev oğlunu öz əvvəlki postuna gətirməklə əslində, özünün yarımçıq qalmış işlərini başa çatdırmaq, vəziyyətini daha da ağırlaşdıra biləcək saxta sənədləşdirmə işlərini ört-basdır etmək və nəhayət, sahibi olduğu ucsuz-bucaqsız torpaq sahələrini qoruyub saxlamağa çalışır.
Qeyd edək ki, M.Miradiyevin qanunsuz əməllərinə görə yüzlərlə məhkəmə işi açıq qalıb. Belə olan halda Abşeronun ən böyük kəndlərindən birini yenidən Miradiyevlərin əlinə keçməsi sakinlərdə ciddi etiraz doğurub. (bizimyol.info)
Previous Post

Korrupsiyaya görə qovulan bələdiyyə sədrinin postunu oğlu tutdu

Next Post

Oğurlanan jurnalistə görə polislər həbs edildi

Bənzər yazılar

Ölkə ərazisində yağış yağır və güclü külək əsir – FAKTİKİ HAVA

Bakıya aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

08 Sentyabr 2026 - 10:09

Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 8-i saat 9:00-a olan...

Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

08 Sentyabr 2026 - 09:44

Xəzər dənizinin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir. Elchi.az xəbər verir ki, bunu...

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17

İrlandiya vətəndaşlıq almaq üçün ölkədə yaşama müddətini beş ildən səkkiz ilə artırmaq niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə "Irish...

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

07 Sentyabr 2026 - 20:08

Azərbaycanda hava şəraitinin qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik...

Next Post

Oğurlanan jurnalistə görə polislər həbs edildi

Oğurlanan jurnalistə görə polislər həbs edildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Böyük Britaniya və İsrail arasında gərginlik artır

Böyük Britaniya və İsrail arasında gərginlik artır

08 Sentyabr 2026 - 10:42
İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

08 Sentyabr 2026 - 10:34
Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər

Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər

08 Sentyabr 2026 - 10:26
Rusiyanın Kiyevə hava hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Kiyevə hava hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb

08 Sentyabr 2026 - 10:18
Ölkə ərazisində yağış yağır və güclü külək əsir – FAKTİKİ HAVA

Bakıya aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

08 Sentyabr 2026 - 10:09
FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

08 Sentyabr 2026 - 09:57
Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

08 Sentyabr 2026 - 09:44
Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb

Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb

08 Sentyabr 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

08 Sentyabr 2026 - 09:28
Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

08 Sentyabr 2026 - 09:16
Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

07 Sentyabr 2026 - 23:43
“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

07 Sentyabr 2026 - 23:42
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14
ABŞ Kubaya 178 milyard dollar zərər vurub

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

07 Sentyabr 2026 - 23:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.