"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Korrupsiya ilə mübarizədə məqsəd kiməsə xoş gəlmək deyil` – Vüsal Hüseynov (MÜSAHİBƏ)

28 Yanvar 2016 - 13:34
in XƏBƏR LENTİ
FacebookVatsap

`Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə sistemli yanaşma mövcuddur`

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

 

Millət vəkili, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının keçmiş katibi Vüsal Hüseynovun APA-ya müsahibəsi:

– “Transparency İnternational” təşkilatının 2015-ci il üzrə Korrupsiya Qavrama İndeksinin nəticələri açıqlanıb. Bu indeksə münasibətiniz necədir?

– “Beynəlxalq Şəffaflıq” təşkilatı korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq qeyri-hökumət təşkilatıdır və fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkələr üzrə korrupsiyanın səviyyəsinin ölçülməsidir. Bunun üçün 3 vasitədən istifadə edir: “Korrupsiya Qavrama İndeksi”; “Rüşvət verənlərin İndeksi” və “Qlobal korrupsiya Barometri” hesabatı.

Yeni açıqlanan Korrupsiyanı Qavrama İndeksi təşkilatın çox istinad edilən, eyni zamanda geniş tənqidlərə məruz qalan ən ziddiyyətli alətidir. Çünki bu indeks ölkələr üzrə korrupsiyanın səviyyəsinin ölçülməsi ilə bağlı araşdırmalara əlavə olaraq, həm də onları müqayisəli sıralayır. Hər bir ölkə üzrə fərqli ekspert və özəl sektor nümayəndələrinin rəylərinə əsasən, əldə edilmiş nəticələrin vahid meyarlar əsasında sıralanması təbii olaraq, nəticələri təhrif edir və bu baxımdan etibarlı qəbul edilmir.

Məlumat üçün qeyd edim ki, 1995-ci ildən nəşr edilməsinə baxmayaraq, 2012-ci ildə nəticələrdə olan qüsurlar və kəskin fərqlərlə bağlı tənqidlər səbəbindən bu indeksin hazırlanma metodologiyası dəyişdirilib. Lakin bununla belə, indeksə münasibət dəyişməyib və bu gün də həmin indeks ciddi araşdırmalar və ya islahatların, tədbirlərin hazırlanması zamanı etibarlı mənbə sayılmır.

Təşkilat özü də bu tənqid və iradları qəbul edir, çünki korrupsiyanın ölçülməsi və xüsusilə müqayisəli sıralanması çox çətin işdir. Bu səbəbdəndir ki, həmin indeksin ümumiyyətlə, ləğv edilməsilə bağlı təşkilata mütəmadi çağırışlar olur.

Lakin bununla belə, indeksə kənar qiymətləndirmə və rəy kimi baxılmalı, təşkilatın digər hesabatları da təhlil edilməli və ölkəmizin oradakı yerinin davamlı yaxşılaşması üçün tədbirlər görülməlidir, görülür də. “Beynəlxalq Şəffaflıq” təşkilatı və onun Azərbaycandakı nümayəndəliyi ilə sıx əməkdaşlıq mövcuddur.

– Azərbaycan builki indeksdə irəliləyib. Sizin Azərbaycanın hazırda olduğu yerə münasibətiniz necədir?

– Ümumiyyətlə, ölkəmiz bu indeksdə hər il irəliləyir. Əvvəlki illər üzrə nəticələri müqayisə etsək, görərik ki, ildən-ilə ölkəmizin yeri yaxşılaşır və müsbət dinamika saxlanılır. Bu baxımdan, nəticə təəccübləndirmir, çünki biz ölkəmizdə korrupsiyanın səviyyəsi ilə bağlı əhəmiyyətli irəliləyişlərin olmasını, bu sahədə həyata keçirilən tədbirlərin təsirini gündəlik müşahidə edirik.

Təəssüf doğuran və qəbuledilməz məqam ondan ibarətdir ki, indeksdə yer alan irəliləyişin tempi ölkəmizdə bu sahədə həyata keçirilən islahatların, tədbirlərin tempi ilə və digər beynəlxalq təşkilatların qiymətləndirmələri ilə uyğunsuzluq təşkil edir. Son indeksə əsasən də 2015-ci ildə ölkəmiz 7 pillə irəliləyib, yaxud, 7 ölkədən qabağa keçib. Bu, müsbət məqamdır, lakin 2015-ci ildə korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qısa nəzər saldıqda mövcud vəziyyətlə nəticə arasında uyğunsuzluq açıq görünür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə də öz çıxışlarında, bəyanatlarında mütəmadi korrupsiyaya qarşı mübarizəni qeyd etmiş, tapşırıqlar verib, müvafiq fərman, sərəncamlar imzalayıb, Parlamentin müzakirəsinə Qanunlar təqdim edib, bununla da korrupsiyaya qarşı mübarizə ilə bağlı möhkəm siyasi iradəsini göstərib.

2012-ci ildə Prezidentin Sərəncamı ilə təsdiq edilmiş 2012-2015-ci illəri əhatə edən Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planının və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icra müddəti bitib. Bu Fəaliyyət Planlarının 2014-cü ilədək olan qiymətləndirmələrinə əsasən, 70%-dən artıq icra təmin edilib. Bu Fəaliyyət Planlarının 2015-ci ilin yekunları da daxil olmaqla, ümumi qiymətləndirməsinə dair ilkin nəticələrə görə, 85%-dən artıq icrası təmin edilib.

2013-2015-ci illərdə “ASAN Xidmət” mərkəzlərində 7,6 milyondan artıq vətəndaş dövlət orqanları üzrə xidmətlərdən istifadə edib. Keçirilmiş sorğu və “exit-poll”arın nəticəsinə əsasən, xidmətlərlə bağlı vətəndaşların məmnunluq səviyyəsi 98-100% intervalındadır. “ASAN Xidmət” mərkəzlərində 10 dövlət orqanı, həmçinin digər qurumlar tərəfindən 253 növ xidmətlərin həyata keçirilməsi və bununla bağlı vətəndaşlar arasında yüksək məmnunluq faizinin olması korrupsiyanın səviyyəsinin azalmasını tam şərtləndirir və təbii ki, indeksin nəticələrilə bağlı bu sahəni izləyən şəxslərdə müsbət gözləntiləri formalaşdırır.

Həmçinin bu sahədə ixtisaslaşan digər beynəlxalq təşkilatlar – Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi, BMT-nin müvafiq alt qurumları, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA) və s. siyahını genişləndirmək də olar, – təşkilatlar tərəfindən müsbət qiymətləndirmələr fonunda bu səviyyədə irəliləyiş təəccüb yaradır.

Digər təşkilatların analoji qiymətləndirmələri də fərqli mənzərə təsvir edir. Nümunə üçün, 2008-ci ildə Dünya Bankı Azərbaycanı dünya üzrə ən islahatçı ölkə elan edib. 2015-ci ildə Azərbaycan ən çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə qərarlaşıb. 2014-cü ildə ölkəmiz Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 148 ölkə arasında 39-cu yeri tutub. Lakin bu illərdə belə, bizim indeksdəki irəliləyiş tempimiz sıçrayışla olmayıb, bu isə qeyd etdiyim kimi, indeksin hazırlanmasında olan qüsurlar ilə bağlıdır.

“Beynəlxalq Şəffaflıq” təşkilatının qiymətləndirməsi ilə bağlı belə bir yanaşma mövcuddur ki, ölkə üzrə rəy bildirilərkən təşkilatın hər üç hesabatı kompleks təhlil edilməlidir. Azərbaycanla bağlı təşkilatın öz hesabatları arasında belə, kəskin fərqlər mövcuddur. Belə ki, təşkilatının 2013-cü il üçün olan sonuncu “Qlobal korrupsiya Barometri”nin nəticələrinə əsasən, ölkəmizdə respondentlərin əksəriyyəti – 73% hesab edir ki, korrupsiyanın səviyyəsi artmayıb, 68% respondent isə hesab edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən dövlət tədbirləri səmərəlidir. Dövlət tədbirlərinin səmərəli olması ilə bağlı nəticə dünya ölkələri üzrə 22%-dir. Bu isə göründüyü kimi, ölkəmizdəki göstəricidən 3 dəfə aşağıdır. Bununla belə, 2013-cü ildə ölkəmiz indeksdə 12 ölkə irəliləyib. Bu baxımdan ölkəmizin bu indeksdəki yeri reallığa uyğun deyil.

– Azərbaycanın bu indeksdəki yerinin yaxşılaşdırılması üçün hansı tədbirlər həyata keçirilir?

– Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə sistemli yanaşma mövcuddur və Azərbaycan Respublikasının Prezidenti daim bu istiqaməti diqqətdə saxlayır. Ölkəmizdə bu sahədə həyata keçirilən həm qanunvericilik, həmdə institusional islahatlar beynəlxalq tələblərə cavab verir. Həmin nailiyyətlər bu sahə üzrə daha dərin araşdırmalar aparan beynəlxalq təşkilatların hesabatlarında əks edilir. Nümunə üçün Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə üzrə Baş İdarəsinin modeli 2012-ci ildə OECD təşkilatının Antikorrupsiya Şəbəkəsi tərəfindən digər ölkələr üçün ən yaxşı nümunə modeli kimi tövsiyə edilmişdir. ASAN Xidmət mərkəzləri təcrübəsi BMT-nin ən nüfuzlu mükafatı olan “Dövlət Xidmətləri sahəsində” mükafata layiq görülmüşdür və bu model korrupsiyaya qarşı mübarizənin qarşısının alınmasında ən yaxşı təcrübə kimi beynəlxalq təşkilatlar, o cümlədən, BMT tərəfindən digər dövlətlərə tövsiyə edilir. Belə nümunələrin sayı çoxdur.

Ümumən qeyd edilməlidir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə siyasətinin məqsədi beynəlxalq indeks və hesabatlarda ölkənin yerinin yaxşılaşdırılması deyil. İstənilən halda bu cür indekslər müxtəlif metodologiyalara əsaslanır, onu hazırlayan təşkilatların və insanların subyektiv mövqeyi istisna edilmir. Ona görə də subyektiv insan amili mövcuddur.

Korrupsiyaya qarşı mübarizə siyasətinin əsl məqsədi ölkəmizdə inkişafı ləngidən, vətəndaş məmnunluğunun təmin edilməsinə mane olan neqativ halların aradan qaldırılması, şəffaflığın, qanunun aliliyinin, dayanıqlı iqtisadi və sosial inkişafın təmin edilməsidir. Post-neft inkişaf mərhələsi məhz yeni yanaşmaları, o cümlədən korrupsiyaya qarşı mübarizənin yeni institusioanl keyfiyyətdə davam etdirilməsini şərtləndirir.

Azərbaycan Respublikasının Prezidenti 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramının icrasına həsr olunmuş konfransdakı çıxışında qeyd etdiyi kimi, korrupsiya bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün böyük bəladır. Korrupsiyaya qarşı cəza və inzibati tədbirlər ilə yanaşı, həm də institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. Cənab prezident dəfələrlə qeyd edib ki, dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun rifahı dayanıb. Korrupsiyaya qarşı mübarizə tədbirləri də məhz bu siyasətə xidmət edir.

Previous Post

`Korrupsiya ilə mübarizədə məqsəd kiməsə xoş gəlmək deyil` – Vüsal Hüseynov (MÜSAHİBƏ)

Next Post

Zahir Əzəmət Baş Prokurorluğa çağırıldı -(YENİLƏNİB)

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Zahir Əzəmət Baş Prokurorluğa çağırıldı -(YENİLƏNİB)

Zahir Əzəmət Baş Prokurorluğa çağırıldı -(YENİLƏNİB)

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.