"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Konstitusiya Məhkəməsinə hüquqşünas mesajı: “Bu, kompromis variantdır”

12 May 2015 - 15:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Konstitusiya Məhkəməsinə hüquqşünas mesajı: “Bu, kompromis variantdır”

Bunu da oxuyun

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Hüquqşünas Əkrəm Həsənov: “Banklar, dollarla həmin kreditlər üzrə uçot dərəcəsi istisna olmaqla, bütün faiz və digər gəlirlərindən məhrum edilməlidir”

Konstitusiya Məhkəməsinin dollarla götürülən kreditlərlə bağlı qərarı yubanır. Əksər ekspertlər qərarın bankların xeyrinə olacağından narahatdır.
Məsələ ilə bağlı məhkəmə iclasında yeddi çıxışçıdan dördü vətəndaşların mövqeyini müdafiə edib. Əksər çıxışçılar əhalinin xeyrinə arqumentlər səsləndiriblər. Mərkəzi Bankın təmsilçisi isə hüquqi arqumentlər gətirə bilməyib və ölkənin maliyyə sisteminin çökəcəyinə işarə edib.
Ekspertlər bu qənaətdədir ki, məhkəməyə təzyiq var və bu səbəbdən qərar bankların xeyrinə ola bilər.
Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, Konstitusiya Məhkəməsinə məsələnin hüquqi təhlilini əks etdirən növbəti, ikinci məktubunu göndərib: “Məhkəmənin 7 may tarixli iclasında Mərkəzi Bankın, Bakı Apellyasiya Məhkəməsinin və Milli Məclis Aparatının nümayəndələrinin cəfəng hüquqi arqumentlərinə və Konstitusiya Məhkəməsinə təzyiq etmələrinə münasibət bildirmişəm. Onların əsassız dəlillərini darmadağın etmək üçün başqa yolum yoxdur. Elə yazmışam ki, istənilən absurd əsaslandırmanın cavabını indidən və ətraflı verim ki, yekun qərarda o yer almasın”.
Ə.Həsənovun sözlərinə görə, vətəndaşların mövqeyini dəstəkləməyən üç nəfər heç nəyə əsaslanmadan demişdi ki, guya Konstitusiyanın 19-cu maddəsi və Mülki Məcəllənin 439.1-ci maddəsi banklara aid deyil:“Guya kredit münasibətlərində pul ödəniş vasitəsi kimi çıxış etmir və kredit pul öhdəliyi deyil. Bununla xarici valyutada olan kreditlərin qanuni olduğunu göstərmək istəyirlər. Ay nə bilim, kredit münasibətində pul ödəniş vasitəsi deyil, adi əşyadır, ona mülkiyyət hüququ birindən digərinə keçir və s… Sanki digər münasibətlərdə pul əşya deyil və ona mülkiyyət hüququ keçmir. Nədir onda: insan, heyvan, yoxsa bitki..? Bu məntiqlə qarajda duran avtomobil də nəqliyyat vasitəsi deyil, adi əşyadır. Ay nə bilim, məişətdə ödəniş dedikdə nəyinsə qiymətinin ödənilməsi başa düşülür, buna görə də pul yalnız bu halda ödəniş vasitəsidir və sair… Məişət baxışlarını hüquqi müstəviyə keçirirlər, az qala “oğru dünyası”nın dili ilə danışırlar. Eyni məntiqlə deyə bilərlər ki, hərbi xidmətə getməyən kişi, doğmayan isə qadın deyil, amma insandır. Bilmirsən, belə arqumentlərə güləsən, yoxsa ağlayasan”.
Ə.Həsənov bildirib ki, o, nəinki qanunvericiliyə, həmçinin KM-in əvvəlki qərarlarına və Mərkəzi Bankın sənədlərinə istinad edərək, bunun tam əksini sübut edir: “Bundan da tutarlı arqument ola bilərmi? Konstitusiya Məhkəməsi və Mərkəzi Bank öz əvvəlki və qüvvədə olan sənədlərini necə danacaq indi..? Belə ki, Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarına görə, kredit pul öhdəliyidir. Mərkəzi Bankın normativ sənədlərinə əsasən isə pul kredit münasibətləri əsnasında da ödəniş vasitəsi qismində çıxış edir. Deməli, xarici valyutada olan kreditlər qanunsuzdur.
Buna görə də banklar həmin kreditlər üzrə bütün faiz və digər gəlirlərindən məhrum edilməlidir. Uçot dərəcəsi olan 3,5 faiz istisnadır. Devalvasiya nəticəsində əldə etdikləri 34 faizlə kifayətlənsinlər. Kompromis qərar da məhz budur. Banklar faizlərini itirəcək, əhali isə devalvasiya nəticəsində dollar borclarının manat ekvivalentinin artmasından zərər çəkəcək. Əlbəttə, hökumət bu zərəri yumşalda bilər”.
Onun sözlərinə görə, istənilən digər yanaşma ya bankları çökdürəcək, ya da əhalinin vəziyyətini ciddi ağırlaşdıracaq: “Ombudsmanın təklifinə əsasən, banklar həm faizləri itirir, həm də borcu manatın köhnə məzənnəsi ilə geri alır. Əhali həm devalvasiya nəticəsində zərər çəkir, həm də faizləri ödəyir. Başda Mərkəzi Bank olmaqla, həmin 3 şəxs məhz sonuncunu təklif edir və bu zaman Konstitusiya Məhkəməsini açıq-aşkar təhdid etməkdən çəkinmir: nə bilim, bankların xeyrinə qərar verməsəniz, maliyyə sistemi çökəcək, iqtisadiyyat ağır vəziyyətə düşəcək və sair. Sanki ölkə iqtisadiyyatı bankların gəlirlərinin bir qədər azalmasından tam asılıdır. Amma əhalinin vəziyyətinin ciddi pisləşməsindən heç asılı deyil. Mərkəzi Bank manatı emissiya edən qurum ola-ola faktiki dollarlaşmaya rəvac verir. Kimə lazımdır, belə Mərkəzi Bank..?”
Ə.Həsənov deyib ki, ən əsası isə digər yanaşma, fərqli qərar qanuna uyğun olmayacaq: “Ümumiyyətlə, hüquq sisteminə, qanunların şərhi qaydasına zərbə vuracaq. Hüquqi sistemi normal olmayan ölkədə iqtisadiyyat, o cümlədən, bank sistemi inkişaf edə bilməz. Konstitusiya Məhkəməsi Mərkəzi Bankın və bankların səhvlərini rəsmiləşdirən və onlara hüquqi don geyindirən orqan deyil. Konstitusiya Məhkəməsi heç nəyə baxmadan yalnız hüququ, qanunun aliliyi prinsipini və məntiqi rəhbər tutmalıdır. Maraqlıdır ki, Mərkəzi Bankı Konstitusiya Məhkəməsində həmişə hüquqşünaslar təmsil edib. Yalnız 19 noyabr 1999-cu il tarixdə hüquqşünasla bərabər Elman Rüstəmov özü də Konstitusiya Məhkəməsinin iclasında iştirak etmişdi və o zaman məhkəmənin qərarı Mərkəzi Bankın əleyhinə, kommersiya banklarının isə xeyrinə olmuşdu. Son iclasda E.Rüstəmov özü yox idi. Amma hər halda, Mərkəzi Bankı hüquqşünas deyil, iqtisadçı təmsil edirdi. Əlbəttə, çox güman ki, Mərkəzi Bankın hüquqşünasları məntiqsiz və qanunsuz mövqeyi özləri səsləndirmək istəməyiblər, utanıblar. Amma inanmaq istərdim ki, bu, həmçinin ədalətli qərarın qəbul ediləcəyinə də bir işarədir”.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin dollarla götürülən kreditlərlə bağlı nə zaman qərar verəcəyi dəqiq məlum deyil.
Previous Post

Konstitusiya Məhkəməsinə hüquqşünas mesajı: “Bu, kompromis variantdır”

Next Post

“ASAN” xidmət dünya mükafatı aldı

Bənzər yazılar

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12

Monteneqronun məqsədi vətəndaşlarının ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır. Elchi.az  xəbər verir ki, bu barədə Monteneqro Prezidenti...

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07

Rusiya hücumu nəticəsində Ukraynanın Sumı vilayətinin Şostka rayonunun Yampol kəndində 2 nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə Sumı...

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05

28 May – Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Dominikan Respublikasının paytaxtı Santo-Dominqo şəhərində ilk dəfə olaraq rəsmi qəbul keçirilib. Bu...

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İran limanlarının davam edən blokadası çərçivəsində 127 ticarət gəmisinin istiqamətini dəyişdirib. Elchi.az...

Next Post

“ASAN” xidmət dünya mükafatı aldı

“ASAN” xidmət dünya mükafatı aldı

Son xəbərlər

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.