ABŞ Konqresinin Nümayəndələr Palatasında prezident Co Baydenin impiçmenti ilə bağlı səsvermə sentyabrda keçiriləcək və prosesin başlaması üçün tələb olunan səslərin sayı məlum olub.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer Newsmax- a müsahibəsində bildirib.
“Mən inanıram ki, Nümayəndələr Palatası sentyabrda səs verəcək. Hər şey sədr Kevin Makkartidən asılıdır , lakin mən artıq bu barədə onunla danışmışam”,-deyə bildirib.
Nuranə Məmmədova