Konqoda M çiçəyi epidemiyası elan edildi

🗓 24.04.2024 15:45 ✍️ "Elçi" qəzeti
Konqoda M çiçəyi epidemiyası elan edildi

Konqo Respublikasında paytaxt Brazzavil də daxil olmaqla 5 bölgədə M çiçəyi xəstəliyinin aşkarlanmasından sonra epidemiya elan edilib. Elchi.az xəbər verir ki, Konqo Respublikasının Səhiyyə naziri Gilbert Mokoki verdiyi açıqlamada ölkədə 19 Mçiçəyi (mpox) xəstəliyinin qeydə alınmasından sonra epidemiya elan edildiyini açıqlayıb. İndiyə qədər heç bir ölüm halının qeydə alınmadığını vurğulayan Mokoki, ictimaiyyəti şübhəli hallardan və heyvanlarla yaxın təmasdan qaçmağa çağırıb. Endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan mçiçəyi iki növə bölünür: Konqo və Qərbi Afrika növləri. Adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər. 28 noyabr 2023-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı stiqma və irqçiliklə bağlı narahatlıqları əsas gətirərək virusun "meymun çiçəyi" əvəzinə "mpox" adlandırıldığını açıqlayıb. Şayəstə Hüseynova

Bənzər yazılar