Komitə sədri: Bir şəxsin uzun illər plastik cərrah kimi çalışması qanuni işlədiyi anlamına gəlmir

🗓 27.05.2025 13:41 ✍️ "Elçi" qəzeti
Komitə sədri: Bir şəxsin uzun illər plastik cərrah kimi çalışması qanuni işlədiyi anlamına gəlmir
Bir şəxsin uzun illər plastik cərrah kimi çalışması qanuni işlədiyi anlamına gəlmir. Elchi.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, diplomu olmayan plastik cərrahların fəaliyyətinə qadağa qoyulması çox düzgün qərardır: "Baxın, nə qədər problemlər yarandı, qeyri-peşəkarlığın nəticəsində neçə insanı itirdik. Bir şəxsin uzun illər plastik cərrah olması qanuni işlədiyi anlamına gəlmir". Deputat həmçinin bildirib ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur: "Əhalinin sayına görə həkimlərin sayı kifayət qədərdir. Sadəcə, onların bölgüsü düzgün aparılmayıb. Həkimlər regionlara işləməyə getmək istəmirlər. Əksəriyyəti öz ixtisası üzrə işləmir. Bunları həll etmək lazımdır. Səhiyyə Nazirliyi bu istiqamətdə işləməlidir".

Bənzər yazılar