Minifutbol üzrə Azərbaycan çempionu “Birbaşa”nın Monteneqronun paytaxtı Podqoritsada keçirilən EMF Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib.
Bu, Bosniya və Herseqovinanın “Sipa” kollektivini penaltilər seriyasında məğlub edən meydan sahibi “Dadi Qradnya” (Monteneqro) komandası olub.
Qeyd edək ki, “Birbaşa” – “Dadi Qradnya” görüşü sentyabrın 3-də keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun “CBC Sport” telekanalı vasitəsilə canlı göstəriləcək.
Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi baş tutub. Elchi.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan...





















Son şərhlər