Bildirilib ki, bütün axtarışlara baxmayaraq, mayın 1-dən Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu itən kiçik təyyarədən heç bir xəbər yoxdur.
Elchi.az xəbər verir ki,Quaviare inzibati bölgəsindəki San Xose şəhərində qəzaya uğradığı güman edilən HK 2803 nömrəli kiçik təyyarənin izi hələ də tapılmayıb.
Ararakuara və San Xose del Quaviare arasında uçarkən siqnalı kəsilən kiçik təyyarədə 7 nəfərin olduğu bildirilib.
Mülki Aviasiya və Kolumbiya Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya görə, Apaporis çayı yaxınlığındakı meşəlik ərazidə aparılan axtarışlar Amazon bölgəsinə qədər uzanacaq.
Səlahiyyətlilər itkin düşən təyyarənin qalıqlarını tapmaq üçün ərazidə yaşayan yerli icmalardan kömək istəyib.
Nuranə Məmmədova