Kolumbiyada 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 134 min nəfərin yaşadığı Kartaqo şəhərindən 31 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 115 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Məryəm



















