Cənubi Amerikanın Kolumbiya ölkəsində 5,7 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Kolumbiya Geoloji Xidməti 5,7 bal gücündə, episentri ölkənin Santander inzibati bölgəsindəki Los Santos şəhərində olan zəlzələnin yerli vaxtla saat 10:47-də və 152 kilometr dərinlikdə baş verdiyini bildirib.
Kolumbiya prezidenti Qustavo Petro öz Tvitter hesabında zəlzələdə indiyədək heç bir can və mal itkisinin olmadığını bildirib.
Yeraltı təkanların paytaxt Boqota da daxil olmaqla bir çox şəhərdə hiss olunduğu paylaşılıb.
Bir neçə dəqiqə sonra, Kolumbiya Geoloji Xidməti , episentri ilə Los Santosda 3,6 bal gücündə daha bir zəlzələ olduğunu söyləyib.
Nuranə Məmmədova