"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Klinton səhvini dünyaya bəyan etdi – “İraq müharibəsi yanlış idi”

10 Sentyabr 2016 - 10:42
in XƏBƏR LENTİ
FacebookVatsap
Klinton səhvini dünyaya bəyan etdi - “İraq müharibəsi yanlış idi”

ABŞ prezidentliyinə xanım namizədin fikirlərinin pərdəarxası məqamları; ekspert: “İndidən etiraf edir ki…”

Bunu da oxuyun

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton İraqda hərbi əməliyyatların keçirilməsinə dəstək verdiyi üçün peşman olduğunu bildirib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu barədə MSNBC telekanalının efirində deyib.
“Prezident Corc Buşu dəstəkləyərək İraqda müharibənin lehinə səs verəndə səhv etmişəm. İraqda müharibəyə başlamaq səhv qərar idi. İnsan ən çox öz səhvlərindən öyrənə bilər. Biz bunun necə baş verdiyini dərk etməliyik ki, gələcəkdə belə hallar baş verməsin ”, – deyə Klinton qeyd edib.
İki ay sonra Amerika prezidenti olmağa ən şanslı namizəd sayılan xanım Klintonun bu açıqlaması dünya gündəminə oturub. Ekspertlər hesab edir ki, bu, sırf seçkilərə yönəlik bir addımdır. Çünki ABŞ daxilində İraq əməliyyatlarının yanlış qərar olduğunu deyənlər artır. Klintonun rəqibi Donald Tramp isə bundan istifadə eləməyə çalışır.
Seçki ərəfəsini yaşayan ABŞ-da təkcə İraqla bağlı müzakirələr getmir. Artıq 2011-ci ildə “Ərəb baharı”nın təsiri ilə bir sıra ölkələrdə baş verən üsyanlara Amerikanın dəstək verməsi də ciddi şəkildə tənqid olunur. Səbəb kimi həmin ölkələrin bugünkü acınacaqlı durumu göstərilir. ABŞ-dan əlavə, digər Qərb ölkələri daxilində də analoji fikirlər aparıcı yer tutmağa başlayıb.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Amerika 2000-ci ildən etibarın xarici siyasətdə səhvləri ard-arda edib: “2001-ci ilin 11 sentyabrında terrorçuların Amerikaya məlum hücumundan sonra o zamankı prezident Corc Buş əsəbi halda sərt qərarlar verdi. Əvvəlcə Bin Ladeni tələb etdi, alınmayanda Əfqanıstanla müharibəyə başladı. İkinci səhv qərar da İraq oldu. Yalandan guya Səddam Hüseynin əlində nüvə silahı var deyə, onun üzərinə hücuma keçdilər. Qısa müddətdə Səddam Hüseyni məhv etdilər, yerində nə qazandılar? O, diktator olsa da, ən azından İraqın ərazi bütövlüyü var idi. Pis-yaxşı əhali normal yaşayırdı. Terrorizm İraqda ümumiyyətlə yox idi. İndi bunların hamısı İraqda var, ölkə üç yerə parçalanıb, yüz minlərlə insan qırılıb. Ölkənin ərazi bütövlüyünün necə təmin olunacağı bilinmir. Barak Obama hakimiyyətə gələndən sonra dedi ki, diqqəti Əfqanıstan üzərində cəmləşdirib, qoşunları İraqdan çıxaracam. Bu, daha təhlükəli oldu. Çünki İŞİD kimi təhlükəli terror qruplaşması meydana çıxdı. Bu terror qruplaşmasının aparıcı fiqurları isə Səddam Hüseyn ordusunun zabitləridir. İşsiz qaldıqlarına görə onu yaratdılar. Liviyada da ABŞ böyük səhvə yol verdi. Bunu Obama açıq şəkildə etiraf etdi. Qəddafi də Səddam Hüseyn kimi diktator idi, amma əhalinin yaşayışına böyük diqqət ayırırdı. Liviyanın ərazi bütövlüyü var idi. Amerikanın xarici siyasətindəki bu cür yanlışlıqlardan sonra bu dövlətin siyasətinə inamım azaldı. Bütün dünyada da belədir. Bu hadisələr baş verən zaman dövlət katibi olan şəxs indi prezidentliyə iddiaçı şəxsdir. Klintonun səhvini etiraf etməsi nəyi dəyişəcək? Öldürülən minlərlə insanı geri qaytarmaq mümkün olmayacaq. İnanmıram ki, yaxın zamanlarda İraqın ərazi bütövlüyü yenidən təmin olunsun. Böyük dövlətlər DAİŞ-i necə aradan qaldırmaq üzərində baş sındırırlar. Bu da Amerikanın siyasətinin yaratdığı bəladır. Trampın mövqeyi son günlərdə möhkəmlənib. Əgər mart ayında Klinton reytinqdə öndə idisə, indi əksi baş verir. Çünki Klintonun etiraf etdiyi səhvləri Tramp əvvəlcədən deyirdi. Son çıxışında maraqlı bir nüans baş verdi. Jurnalist Putinin etdiyi səhvlərlə bağlı Trampa sual verdi. O, isə cavabında bildirdi ki, Obama bəyəm Putindən az səhv edib, yaxud ondan qabaqkı prezidentlər. Yaxın günlərdə Trampla onun arasında teledebatlar başlayacaq. Tramp çox hazırlıqlı, nitq qabiliyyəti yüksək olan bir siyasətçiyə çevrilib – bəzi fikirlərini bəyənməsək belə. İraq məsələsində Klintonu teledebatda mütləq vuracaq. Ona görə də Klinton indidən səhvini etiraf edir ki, teledebatda pis vəziyyətə düşməsin”.
Politoloq “Ərəb baharı” ilə bağlı səslənən etiraflara da toxundu: “Son 10 ildə iki cərəyanı müşahidə etdik: keçmiş sovet ölkələrində ”rəngli inqilablar” və ərəb ölkələrindəki “Ərəb baharı”. “Rəngli inqilablar”ın uğurla başa çatdığını da söyləmək mümkün deyil. Doğrudur, Gürcüstanda hakimiyyət dəyişikliyi olub, demokratik ənənələr formalaşıb. Amma Gürcüstan Cənubi Osetiya və Abxaziyanı itirdi. Ukraynada da eyni proseslər getdi. Eyni ilə “Ərəb baharı” baş verən ölkələr bu aqibətlə üzləşdi. Həmin ölkələr diktatorlardan qurtuldu, amma demokratiya formalaşmadı. Əksinə, oralarda terror tüğyan etdi, ölkələr tar-mar oldular. Yıxmaq asandır, onu qurmaq isə – çətin. Amerika yıxmağı yaxşı bacardı, amma qurmağı bacarmadı. Bunu edə bilmədiyi üçün də belə hadisələr baş verdi”.
Previous Post

Klinton səhvini dünyaya bəyan etdi – “İraq müharibəsi yanlış idi”

Next Post

PKK-nın “alınmaz qalası” başına yıxıldı— VİDEO

Bənzər yazılar

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55

Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında həyatını itirən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Vatan...

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50

Türkiyənin Silahlı Qüvvələri İraqın şimalında yerləşən Başika-Zilkan bazasını mərhələli şəkildə İraq Federal Hökumətinə təhvil verəcək. Elchi.az xəbər verir ki, bu...

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ konqresmeni Co Vilsonla görüşüb və Azərbaycan-ABŞ münasibətləri...

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04

Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları yenidən fəaliyyətə başlayacaq. Elchi.az xəbər verir ki,...

Next Post

PKK-nın "alınmaz qalası" başına yıxıldı— VİDEO

Dəməşq Lavrov-Kerri razılaşmasını dəstəklədi

Son xəbərlər

Kriştianu Ronaldudan karyerasının sonu ilə bağlı açıqlama

Kriştianu Ronaldudan karyerasının sonu ilə bağlı açıqlama

24 Sentyabr 2026 - 12:21
Gürcüstanda zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

24 Sentyabr 2026 - 12:07
Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

24 Sentyabr 2026 - 11:54
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

24 Sentyabr 2026 - 11:45
Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair məlumalar həqiqəti əks etdirmir

Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair məlumalar həqiqəti əks etdirmir

24 Sentyabr 2026 - 11:38
Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Xəzərdə zəlzələ olub

24 Sentyabr 2026 - 11:29
“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

Zelenski Ukraynaya raket tədarükü ilə bağlı problemi etiraf edib

24 Sentyabr 2026 - 11:20
“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

24 Sentyabr 2026 - 11:13
Venesuelanın müvəqqəti prezidenti Rodriges: “Ölkədə demokratik keçid başlayıb”

Venesuelanın müvəqqəti prezidenti Rodriges: “Ölkədə demokratik keçid başlayıb”

24 Sentyabr 2026 - 11:02
AB və 51 ölkədən Rusiyaya atəşkəs çağırışı

AB və 51 ölkədən Rusiyaya atəşkəs çağırışı

24 Sentyabr 2026 - 10:53
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

24 Sentyabr 2026 - 10:45
FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

24 Sentyabr 2026 - 10:39
Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq

Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq

24 Sentyabr 2026 - 10:36
ABŞ-da super süni intellekt üçün 20 illik həbs cəzası təklifi

ABŞ-da super süni intellekt üçün 20 illik həbs cəzası təklifi

24 Sentyabr 2026 - 10:27
Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artırır

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artırır

24 Sentyabr 2026 - 10:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.