Ukraynanın üç regionunda – Kiyev, Jitomir və Vinnitsada hava həyəcanı elan edilib.
Elchi.az-ın UNİAN-a istinadən məlumatına görə, indilərdə Kiyev vilayətində (xüsusən də Kiyevin kənarında və paytaxtın özündə) partlayış səslərinin eşidildiyi barədə xəbərlər yayılmağa başlayıb.
Daha sonra Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba hava hücumundan müdafiə sisteminin işlədiyini təsdiqləyib.
Kiyevin meri Vitali Kliçko bildirib ki, Kiyevin Şevçenkovski rayonunda partlayış səsləri eşidilib. “Paytaxtın Şevçenko rayonunda partlayışlar olub. Xidmətlər hadisə yerinə gedir” deyən Kliçko təfərrüatların daha sonra açıqlanacağını bildirib.
Yeganə