Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli G20 xarici işlər nazirlərinin sabah Hindistanda keçiriləcək görüşü zamanı Rusiyanı tənqid etmək niyyətindədir.
Elchi.az-ın xəbərinə görə, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilib ki, nazir həmkarlarını Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan qlobal problemləri fəal şəkildə həll etməyə çağıracaq. Nazir müharibənin bu gün sona çatsa belə, kəskinləşən ərzaq təhlükəsizliyinin təsirinin hələ də 2027-ci ilə qədər davam edəcəyini də qeyd edəcək.