Ukraynanın prezident Volodimir Zelenskinin ölümü ilə bağlı heç bir planı yoxdur.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.
Xatırladaq ki, daha əvvəl “Politico” nəşri Volodimir Zelenskinin vəfatı halında onun səlahiyyətlərini Ali Radanın sədri Ruslan Stefançukun yerinə yetirəcəyini bildirib. Danilov bu məlumatı tamamilə cəfəngiyat adlandırıb.
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Larri Conson bir müddət əvvəl demişdi ki, terror yolu Ukrayna prezidentini vaxtsız ölümə aparacaq.
Yeganə