Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.
Elchi.az xəbər verir ki, Reuters şahidlərə əsaslanaraq verdiyi məlumata görə, bu gün səhər saatlarında Kiyevdə silsilə partlayış səsləri eşidilib.
Təxminən 10 partlayışdan sonra Kiyevdən yüksələn tüstünün göründüyü paylaşılıb.
Raket hücumları Ukraynanın şimal, şərq və mərkəzi bölgələrindən də qeydə alınıb.
Xarkov meri İhor Terekhov şəhərin kritik infrastrukturunun 2 raketlə hədəf alındığını açıqlayıb.
Kerç körpüsündə baş verən partlayışda Kiyevi günahlandıran Rusiya Ukraynaya hücumlarını artırıb.
Şayəstə