Kiyevdə helikopter qəzası: 18 ölü, 29 yaralı

28

Kiyev vilayətinin Brovar şəhərində helikopter qəzaya uğrayıb.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, uşaq bağçasının yaxınlığına düşən helikopter yanıb.

Qəza nəticəsində 5 nəfərin öldüyü deyilir.

***

Brovar polis idarəsinin məlumatına görə, qəza nəticəsində ikisi pilot olmaqla 3 nəfər ölüb. Daha 5 nəfər isə yaralanıb. Yaralılar arasında uşaqlar da var.

***

Helikopter qəzası nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Daha 29 nəfər isə yaralanıb. Yaralılardan 15-i uşaqdır.

Qeyd edək ki, Ukraynanın daxili işlər naziri və müavini də qəzada həlak olub.