ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer yeni kitabında qeyd edib ki, Ukraynanın neytral statusu Rusiya ilə münaqişəyə son qoymağa imkan verəcək.
Elchi.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, keçmiş diplomatın sözlərinə görə, Ukraynanın NATO-dan kənarda olması vəziyyəti həll etməyə imkan verəcək.
“Ukrayna bloka qoşularsa, blokun sərhədi Moskvadan 500 km aralıda olacaq ki, bu da Rusiyanı həmişə haqlı olaraq arxalandığı strateji dərinlikdən məhrum edəcək”, -deyə Kissencer deyib.
“RİA Novosti” xatırladır ki, 2021-ci ilin sonunda Rusiya ABŞ ilə müqavilənin və NATO ilə təhlükəsizlik zəmanətləri haqqında sazişin layihələrini dərc edib. Moskva blokun daha da şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edib. Təkliflərə NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və NATO qüvvələrinin Şərqi Avropadakı 1997-ci ildəki mövqelərdən çıxarılması ilə bağlı müddəalar da yer alıb.
Yeganə