“2023-cü ilin yazında Ukrayna ərazisində hərbi əməliyyatların intensivləşəcəyi gözlənilir”.
Elchi.az xəbər verir ki, bu proqnozu ABŞ prezident administrasiyasının nümayəndəsi Con Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı verib.
Kirbi hesab edir ki, hazırda rus qoşunları hücum əməliyyatlarını bərpa etmək üçün güclənir.
Bundan əlavə, Kirbi qeyd edib ki, Qərb ölkələri Ukraynaya hərbi yardım göstərməklə yanaşı, onu gücləndirir. O, bildirib ki, Ukraynaya silahların tədarükü Rusiya Silahlı Qüvvələrinin mümkün hücumuna hazırlaşmağa kömək etmək üçün nəzərdə tutulub.
Yeganə