"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Kirayə bazarında tufanqabağı sakitlikdir

30 İyul 2014 - 23:14
in Kateqoriyasız
FacebookVatsap

Regionlardan Bakıya əhali axınının sürətlənməsi kirayə ev verən və bu işdə vasitəçi olan maklerlər üçünimg1606553 əhəmiyyətli işə çevrilib. Heç bir iş-güc sahibi olmayan, lakin həyətində bir neçə kiçik otaq tikərək onların kirayə pulu ilə dolanan insanların sayı az deyil. Bu otaqların isə kirayə ev axtaranlara verilməsi işini təşkil edən, bu işdən bəlkə də kirayə ev verənlərdən daha artıq pul qazanan maklerlərin də sayı təxminən bir o qədərdir.

Bunu da oxuyun

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Hazırda insanların isti havalarla bağlı şəhərdən bir qədər kənarlaşması, həmçinin dərs ilinin başlamasına bir qədər qaldığından tələbələrin də rayonlarda olmasını nəzərə alaraq Axar.az olaraq olaraq kirayə bazarındakı vəziyyəti öyrənmək qərarına gəldik.
İlk olaraq metronun “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyalarının çıxışında yerləşən bir neçə “Ev alğı-satqısı və kirayəsi” ofisinə baş çəkdik. Əsasən metroya yaxın ərazilərdə kirayə evlərin olduğunu deyən Mahmud adlı makler qiymətlərin bahalığını, tələbələrin hələ ki tətildə olması ilə bağlı isə müştərilərinin az olduğunu bildirdi:
“Bizim işimiz əsasən sentyabrda başlayır və bir–iki ay hər şey əla olur. Sonradan isə kirayəçi tapmaq işi bir qədər zəifləsə də, yaydakı qədər çətinliyimiz olmur. İndi güc-bəla ilə bir-iki müştəri tapırıq, isti havada o qədər evlərə baxırıq, çox vaxt görürsən ki, o da evi bəyənmir, bizə də istidən yanmaq qalır”.
Bu işdən nə qədər qazanc götürdüyünü soruşduqda, Mahmud dayı bildirdi ki, müştəri yaxşı olanda pis qazanmırlar. Ev alanla satan məbləğin iki faizi, kirayə verənlə kirayənişin isə 30 faiz məbləğində pul ödəyir. Kirayə evlərin qiyməti isə 150-500 manat arasında dəyişir.
Baş çəkdiyim digər iki ofisdə də təxminən eyni mənzərə və fikirlərə rast gəldim. Bu ofislərdə olduğum 1 saata yaxın müddətdə heç bir müştərinin ev üçün müraciət etdiyini görmədim.
Daha sonra “Neftçilər” metro-stansiyasının yaxınlığındakı parkın “Ev bazarı” adlanan hissəsinə baş çəkdik. Burada insanların sayı nisbətən çox idi, amma bunların da əksəriyyətini maklerlər təşkil edirdi. “Bazar”a kənar şəxs gəldiyini hiss edən kimi bizi dövrəyə alıb, məqsədimizi soruşmadan kirayə və satış üçün evlər təklif etməyə başladılar. Şəhərin müxtəlif yerlərindən müxtəlif qiymətə evləri sadalayan maklerlərdən birini kənara çəkib gəlişimizin məqsədini dedikdən sonra o, həvəssiz də olsa suallarımızı cavablandırmağa razı oldu.
Digərlərinə nisbətən bir qədər gənc olan Sahib adlı makler bu işlə məşğul olmağa iki il öncə başladığını bildirdi. Qazancından razılıq edən Sahib hazırki vəziyyətə də aydınlıq gətirdi: “Elə insanlar var ki, gəlib bizə ev yazdırır, amma sentyabrda kirayə verməyimizi istəyirlər. Otaqlar kiçik olsa da, tələbələr 2-3 nəfər qala bilirlər. Bu da həm ev sahibinə, həm də tələbələrə sərf eləyir. Nəyi var ki, tələbənin – bir iki kitab-dəftəri, bir də pal-paltarı. Adambaşı 50-70 manat pul ödəyib özlərinə bir sığınacaq düzəldirlər”.
Sahib deyir ki, həyət evləri ilə müqayisədə bina evləri həmişə baha olur və burda mövsümdən asılı olmayaraq qiymətlərin düşməsi baş vermir. İki otaqlı, orta təmirli bina evlərinin kirayə haqqı 300-350 manat arasında dəyişir. Amma hələ ki bu evlərə də müştəri tapmağın çətin olduğunu bildirən gənc makler ümidini insanların istirahətdən qayıtmasına bağladığını deyir.
Bu zaman diqqətimizi skamyada tək oturmuş yaşlı qadın cəlb edir. Yaxınlaşanda əlindəki “1 otaqlı, 2 otaqlı kirayə ev” yazılmış kağız olduğunu görürəm. Adının Səlimə olduğunu deyən yaşlı qadın həyətində kirayə üçün iki dənə bir otaqlı, bir dənə isə iki otaqlı ev olduğunu deyir. Səlimə xala onu da bildirir ki, ailənin yeganə qazanc yeri elə bu evlərdir:
“Oğlum xəstədir, işləyə bilmir, nəvələrim də hələ oxuyurlar. Ona görə də bu evləri kirayə verib başımızı dolandırırıq. Evlərin ikisi boşalıb, on beş gün olar ki, gəlirəm bura, adam tapa bilmirəm. Maklerlər deyir ki, qoy biz müştəri tapaq, mən də razı olmuram. Onlara verdiyimi də bir dərdimə-sərimə verərəm də”.
Elxan adlı makler isə əlində bir neçə hazır ev olduğunu, həmin evlərə artıq müştəri tapdığını da deyir: “Mən tələbələrə kirayə ev verəndə onların telefon nömrələrini həmişə qeyd edirəm. Heç onlara ev lazım olmayanda da zəng vurub hal-əhval tuturam, evlə bağlı nə isə problem olarsa, mənə bildirmələrini istəyirəm. Yay tətili zamanı da yenidən onlarla əlaqə saxlayıb uyğun evlərin olduğunu deyirəm, beləcə, həm mənim işim rahat olur, həm də onların. Bu “klient”dir də, qardaş, gərək bununla işləyə biləsən. Kənardan baxanlar elə bilir ki, biz asanlıqla pul qazanırıq. Amma vallah, belə deyil, çox çətin işdir, amma yaxşı işləsən, yaxşı qazanacaqsan”.
Beləcə, bir qədər də bu mənzərəni kənardan müşahidə edirik. Sanki hamının canında yorğunluq, gözlərində həsrət var. Yanımızdan keçən maklerlərdən birinin o birinə verdiyi ümid dolu təskinliyi isə onları kənardan eşidən maklerlər də başlarını tərpətməklə təsdiq etdilər: – Çətini sentyabra qədərdir.

 

Previous Post

Kirayə bazarında tufanqabağı sakitlikdir

Next Post

G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşırlar

Bənzər yazılar

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

25 Sentyabr 2026 - 20:22

Azərbaycanda keçirilən "Birliyin Gücü – 2026" təliminin planına uyğun olaraq, şəxsi heyətin müxtəlif şəraitlərdə fəaliyyət imkanlarının təkmilləşdirilməsi, bölmələr arasında qarşılıqlı...

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

25 Sentyabr 2026 - 20:20

Qazaxıstan və Çin Almatıda keçirilən investisiya forumu çərçivəsində ümumi məbləği 8,2 milyard dollar olan sazişlər imzalayıblar. Elchi.az xəbər verir ki,...

Küləkli hava nə vaxta qədər davam edəcək?

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 19:29

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Milli...

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

25 Sentyabr 2026 - 19:18

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin...

Next Post

G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşırlar

G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşırlar

Son xəbərlər

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

25 Sentyabr 2026 - 20:22
Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

25 Sentyabr 2026 - 20:20
Küləkli hava nə vaxta qədər davam edəcək?

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

25 Sentyabr 2026 - 19:18
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib

25 Sentyabr 2026 - 19:09
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

25 Sentyabr 2026 - 19:01
PA Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Sentyabr 2026 - 18:52
Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

25 Sentyabr 2026 - 18:44
Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

25 Sentyabr 2026 - 18:37
Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib

25 Sentyabr 2026 - 18:29
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

25 Sentyabr 2026 - 18:15
Roma Papası: “Dünya idarəolunmaz silahlanma yarışı ilə üz-üzədir”

Roma Papası: “Dünya idarəolunmaz silahlanma yarışı ilə üz-üzədir”

25 Sentyabr 2026 - 17:59
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

25 Sentyabr 2026 - 17:47
Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub

25 Sentyabr 2026 - 17:35
Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

25 Sentyabr 2026 - 17:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.