Kim Çen Indan çağırış: Biz müharibədən qaçmayacağıq

🗓 11.01.2024 13:47 ✍️ "Elçi" qəzeti
Kim Çen Indan çağırış: Biz müharibədən qaçmayacağıq

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “əsas düşmən” adlandırıb və bu ölkə ilə müharibədən qaçmaq niyyətində olmadığını bildirib. Elchi.az xəbər verir ki, Şimali Koreya lideri Kim Cənubi Koreya ilə müharibədən qaçmayacaqlarını açıqlayıb. Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim yanvarın 8-9-da ölkədəki mühüm silah-sursat fabriklərinə baş çəkib və onlara baxış keçirib. Bu səfərlər zamanı etdiyi çıxışlarda Kim Cənubi Koreyanı "əsas düşmən" kimi xarakterizə edib və "özünümüdafiə və nüvə qarşısının alınması üçün hərbi qabiliyyətin artırılmasının" bu ölkə ilə münasibətlərdə prioritet olması lazım olduğunu vurğulayıb. Nuranə Məmmədova

Bənzər yazılar