"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT MANŞET

Kiçik məbləğli kreditlər dövlət tərəfindən qarşılanacaq – Həqiqətlər, şayiələr

30 İyun 2015 - 16:38
in İQTİSADİYYAT MANŞET
FacebookVatsap

11667043_926376070737721_1507774222_nKimlərsə ağlına gələn replikanı ortaya atıb, sosial şəbəkələr də bunu geniş şəkildə müzakirəyə çıxarıb

Bunu da oxuyun

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Cəmiyyətdə Avropa Oyunlarından sonra prezident İlham Əliyevin vətəndaşlara sürpriz hazırlığı haqda şayiələr dolaşmaqdadır. Artıq bütün diqqət “banklara olan borclar bağışlanacaq” fikirinə yönəlib. Məsələyə tanınmış ekspertlər də münasibət bildirməkdən çəkinmirlər. Onlar bu addımın real görünmədiyini iddia edirlər. Məlumat üçün bildirək ki, Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin mayın 1-nə olan məlumatına görə, ölkədə kredit təşkilatlarına borcu olanların sayı 2 milyon 414 min 122 nəfərdir. Bunların 2 milyon 381 min 592 nəfəri və ya 98.6 faizi fiziki şəxslər, yəni şirkət qurmadan sahibkarlıqla məşğul olanlar, ya da kiçik istehlak kreditləri götürən vətəndaşlardır. Bir sözlə, Azərbaycanda böyüklü-kiçikli hər 100 nəfərdən 25-i bankdan kredit götürüb. Bundan başqa, 1.1 milyon nəfər də var ki, onlar kredit götürən şəxslərə zamin durublar.

Məsələyə dair AİM.az -a açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev isə bildirib ki, banklar hazırda dollar bolluğundan əziyyət çəkirlər. Əllərində olan dollarları istifadə edə bilmirlər. Banklara dollar axınının artması fonunda dollar kreditlərinə tələbatın azalması az qala banklar üçün ciddi problemə çevrilib. Əhalidən dollar ifadəsində cəlb etdiyi əmanəti banklar kredit olaraq iqtisadiyyata yönəldə bilmirlər, deyən iqtisadçı bildirib ki, həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur:

“Devalvasiyadan sonra insanlar banklara axın edib, öz əmanətlərini dollara çevirdilər. Banklar da manat qıtlığını aradan qaldırmaq üçün əhaliyə verilən kreditləri dollarla verməyə başladılar. Bu isə vətəndaşlara sərf etmədiyi üçün bankların bu qərarı onların etirazına səbəb oldu. Bütün bunların fonunda bankların da dollarla olan qazanclarını yerləşdirmək imkanları məhdudulaşıb. Onlar da dollarla yerləşdirilən əmanətlərin həcmini azaltmaq üçün faiz dərəcəsini aşağı salırlar. Əslində bu, gözlənilən idi. Çünki əhaliyə verilən kredit faizlərinin aşağı salınması üçün istənilən halda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınması zəruridir”.

A.Mehdiyevin sözlərinə görə, indiki halda dollarla qəbul edilən əmanətlər üzrə faiz dərəcəsinin kəskin aşağı salınmasının başlıca səbəbi bankların dollarla olan vəsaitləri yerləşdirməklə bağlı qarşılaşdığı problemdir. Əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınmasından sonra dollarla verilən kreditlərin faizinin aşağı salınma ehtimalına gəldikdə isə, ekspert deyib ki, banklar dollarla qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini, hələ ki, yenicə azaltmağa başlayıblar. Hələlik məlum deyil ki, əhali aşağı salınmış faizlərlə banklara əmanət qoymağa maraqlı olacaqlarmı? Ola bilsin ki, banklar bundan çəkindirici bir amil kimi də istifadə etsinlər:

“Yəni ki, insanlar dollarla qoyulan əmanətlərin faiz dərəcəsinin aşağı olduğunu görüb, öz vəsaitlərini banka manatla qoymaqda maraqlı olsunlar”.

Kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı yayılan məlumatların tamamilə əsassız olduğunu vurğulayan iqtisadçı belə bir hadisənin baş verməsinin mümkünsüz olduğunu deyib:

“Bu məsələ, ümumiyyətlə, müzakirəyə gəlməyən bir məsələdir. Kimlərsə ağlına gələn replikanı ortaya atıb, sosial şəbəkələr də bunu geniş şəkildə müzakirəyə çıxarıb. İndiki halda kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı məsələ ciddi müzakirə predmeti deyil. Daha doğrusu, müzakirə oluna bilməz. Alınan kredit mütləq ödənməlidir”.

11650839_926374937404501_784250262_n“İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev də bu şayiələrin ölkənin və bank sektorunun indiki heç də yaxşı olmayan iqtisadi durumunda gerçəkləşəcəyinə şübhəli yanaşır:

“Bank sektorunda problemli kreditlərin ümumi məbləği 1.2 milyard manatı aşır. Təxminlərə görə, bunun 1/3-i vətəndaşların payına düşür. Bu baxımdan banklara olan borclara görə «ammnistiya» olacağını güman etmək sadəlövhlük olardı. Axı, devalvasiya həm də dövlət büdcəsini xilas edən addımlardan biri idi. Vəziyyət manatın məlum 19 fevral devalvasiyasından sonra daha da çətinləşib. Seçki ilində (bu ilin noyabrında Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək) ortada belə bir populist fikrin dolaşması anlaşılandır. Lakin reallıqdan uzaqdır”.

Previous Post

Kiçik məbləğli kreditlər dövlət tərəfindən qarşılanacaq – Həqiqətlər, şayiələr

Next Post

“Sarkisyan rejiminin sosial dayaqları tamamilə sıradan çıxıb” – Elman Nəsirli

Bənzər yazılar

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47

Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün elektron icazələrin verilməsi və mübadiləsi prosesinə başlayıb. Elchi.az -ın məlumatına görə bu barədə...

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

17 İyun 2026 - 23:19

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Uqanda İnkişaf Bankının...

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

25 Fevral 2026 - 22:07

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb. Səfirlikdən Elchi.az -...

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

12 Fevral 2026 - 19:54

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt...

Next Post

“Sarkisyan rejiminin sosial dayaqları tamamilə sıradan çıxıb” - Elman Nəsirli

“Sarkisyan rejiminin sosial dayaqları tamamilə sıradan çıxıb” - Elman Nəsirli

Son xəbərlər

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

23 İyul 2026 - 23:28
Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

23 İyul 2026 - 23:27
Türkiyədə mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Türkiyədə mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

23 İyul 2026 - 23:26
İraqla İran arasında 4 sənəd imzalanıb

İraqla İran arasında 4 sənəd imzalanıb

23 İyul 2026 - 23:24
Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

23 İyul 2026 - 21:09
Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

23 İyul 2026 - 21:03
ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

23 İyul 2026 - 21:00
Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

23 İyul 2026 - 20:58
Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

23 İyul 2026 - 20:56
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

23 İyul 2026 - 19:21
Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

23 İyul 2026 - 18:57
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 İyul 2026 - 18:46
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.