Yazıçı Elizabet Kerroll məhkəməyə müraciət edərək, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı qaldırdığı böhtan iddiasına dəyişiklik edilməsini istəyib və Trampdan daha 10 milyon dollar almaq istəyir.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Kerroll məhkəmənin qərarının dərcindən sonra seçicilər qarşısında çıxışı zamanı dediyi sözlərə görə Trampı məsuliyyətə cəlb etmək niyyətindədir. Həmin çıxış CNN kanalında yayımlanıb. Kerrollun vəkillərinin sözlərinə görə, görüş zamanı Tramp yazıçının ünvanına böhtan xarakterli bəyanatlar səsləndirib.
“Nifrət, düşmənçilik və bədxahlıqla dolu olan böhtanı təsəvvür etmək çətindir”, – deyə vəkillər məhkəməyə müraciət edərək yazıblar. Onların fikrincə, keçmiş prezidenti təqsirli bildikdən sonra Trampın Kerrolla ödəməli olduğu məbləğ artırılmalıdır.
Xatırladaq ki, mayın 9-da Nyu-York münsiflər heyəti Trampı təqib və böhtanda ittiham edən yazıçı Elizabet Kerrollun mülki iddiasına görə təqsirli bilib. Ağ Evin keçmiş rəhbəri Kerrolla 5 milyon dollar ödəməlidir.
Yeganə