Keniyalı idmançı “Sarah Chepchirchir” dopinq qəbul etdiyinə görə 8 il müddətinə futboldan uzaqlaşdırılıb.
Elchi.az xəbər verir ki , bu barədə Athletics Integrity Unit (AIU)açıqlama verib.
Dopinq nümunəsində testosteron aşkarlanan 39 yaşlı idmançı 22 dekabr 2023-cü il tarixindən etibarən 8 il ərzində atletika fəaliyyətlərində iştirak edə bilməyəcək.
Chepchirchir 2017-ci ildə atletikada mövsümün 6 əsas yarışından biri olan Tokio Marafonunda qalib gəldi.
Keniyalı idmançı 2019-cu ildə bioloji pasportunda pozuntulara görə 4 il müddətinə futboldan uzaqlaşdırılıb.
Nuranə Məmmədova