Keniyada qaçqın düşərgələrinin cəmləşdiyi Qarrissa bölgəsində başlayan vəba epidemiyasında 4 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki,Oktyabrın 23-də Nigeriyanın Dadaab şəhərindəki Hagadera qaçqın düşərgəsində ilk dəfə müşahidə edilən vəba epidemiyasında 4 nəfər ölüb, yoluxma sayı 372-yə yüksəlib.
Yerli səlahiyyətlilər, epidemiyanın sürətlə yayıldığını bildirərək, düşərgələrdən kənar yaşayış məntəqələrində də hadisələrin müşahidə edildiyini açıqladılar.
Suyun qeyri-kafi olması
Xəstəliyin gigiyena üçün kifayət qədər suyun olmaması səbəbindən yayıldığı bildirilir.
“Vibrio cholerae” bakteriyasının törətdiyi yoluxucu nazik bağırsaq xəstəliyi olan vəba yoluxmuş şəxsdə sulu ishal, qusma, əzələ qıclığı kimi əlamətlərlə özünü göstərə bilər.
Şayəstə