"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Kedicik”lərin yuvasında bir gün – Səbuhi Məmmədli Harun Yəhya ilə görüşdü

18 Sentyabr 2017 - 17:19
in XƏBƏR LENTİ
FacebookVatsap
Dəbdəbəli bir villadır, İstanbulun Asiya hissəsində. Hava limanında bizi qarşılayan Uğur bəy deyir ki, əslində bura onun İstanbuldakı bir neçə məkanından biridir.

 

Bunu da oxuyun

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Yardımlıda açıq ərazidə yanğın baş verib

İçəridə xudmani hovuz var. Suyu da dumduru. Evin sahibi bizi 15.30-da qəbul edəcəkdi, amma biz bir qədər tez gəlmişdik deyə, həyət-bacanı da gəzməyə vaxt tapdıq. Çoxlu kiçik heykəllər, müxtəlif heyvan fiqurlarıyla doludur həyət. Həm də əsil heyvanlarla. Əsas da pişiklər. Necə deyərlər, kedilər.

 

– Xocanız deyəsən kediləri çox sevir, – deyirik.

 

Uğur bəy nəyə işarə vurduğumuzu başa düşür, təbii. Təxminən 7-8 pişikdir. İri qəfəsdə yerləşiblər. Qəfəsin dəmir çərçivələrinə tullanıb miyoldayırlar. Yan tərəfdə isə indiyədək görmədiyim toyuq növləri. Kəkilli, bərli-bəzəkli, sanki gözəllik salonundan çıxıblar. Pişiklərin əlacı olsa, atarlar özlərini bu model toyuqların yanına.

 

Bağın içində xudmani bir “besedka” da var. İçində rahat divanı və kresloları olan. Kamera və ştativlərlər də quraşdırılıb. Kiçik çəkiliş studiyasını xatırladır. Buradan İstanbulun Asiya hissəi də ovuc içindəki kimi görünür.

 

– Burada hərdən çəklişlər olur. Hava yaxşı olanda. İndi də hava yaxşıdır, amma xocam sizi içəridə qəbul edəcək.

 

Elə təzə əyləşmişdik ki, içəridən zəng gəlir.

 

– Xocamız gözləyir, deyir.

 

***

 

Başda, taxtda oturub. Ayağa qalxıb, bəndənizi qarşılayır. Elə içəriyə yığışan müridləri də ayaq üstədirlər.

 

Hə, həmin studiyadır, həmin məkandır, TV9-da gördüyünüz. Amma bu dəfə studiyada məşhur “kediciklər” deyil. Onlar axşam gələcəklər verilişə. Özünün dediyi kimi rəfiqələri.

 

Bunlar onun müridləridir. Daha doğrusu, şoxsaylı müridlərindən bir neçəsi. Xocalarının Bakıdan gələn jurnalistlə müsahibəsinə şahidlik edəcəklər. Əsil Adı Adnan Oktar olan, amma çox adamın Harun Yəhya kimi tanıdığı şəxsin.

 

Biz onunla çox səmimi söhbət edəcəyik. Siasətdən, beynəlxalş vəziyyətdən tutmuş, elə ətrafına yığdığı o məşhur kediciklərədək. Hələ ki, söhbətə o başlayır:

 

– Azəri qardaşlarmız bizim canımız, qəlbimiz, həyatmızdır. Bizi bizi bir-birimizdən ayırmaq olmaz. Azərbaycanla Türkiyə bir olarsa, bütün türk aləmi birləşəcək. Amma bir çoxları Azərbaycan və Türkiyə birliyini istəmir. Çünki Azərbaycanla Türkiyə birləşəndə Qazaxıstan, Türkmənistan, Özbəkistan birləşir və Türkiyə Birliyi formalaşır. Bunun üçün Ermənistanı hərəkətə gətirdilər. Məqsəd birliyimizi pozmaq idi. Ermənistanı silahla təmin edib, Azərbaycan torpaqlarını işğal etdilər, bununla Türkiyə ilə Azərbaycanın arasını bir xətt kimi kəsdilər. Bizim fikrimiz ermənilərin Azərbaycandan aldıqları torpaqları geri qaytarmaq, azərbaycanlı qardaşlarımızı qətlə yetirib, şəhid edənləri ağır şəkildə cəzalandırmaqdır. Heç kimə sirr deyil ki, Azərbaycanın ərazisini işğal edənlər cinayət törədiblər. Bu torpaqların dərhal Azərbaycana qaytarılmasını təmin edəndən sonra ikinci mərhələdə qatilləri cəzalandıracağıq. Cəzaları nədirsə, çəksinlər. Üçüncü mərhələdə Türkiyə, İran, Azərbaycan birliyi yaranacaq. Onda Ermənistan da bu birliyə gələcək. Sonrakı mərhələlərdə bu birliyə Rusiyadakı türk topluluqları və digər türk dövlətləri də daxil olacaq. O zaman Azərbaycan, Türkiyə və türk dövlətlərinin qarşısında heç kim dura bilməz. Bunun sonucunda böyük itisadi, sosial, siyasi, mədəni bir güc kimi ortada olacaq. Və beləcə, türk-islam aləmində bir güc kimi ortaya çıxacaq. Allahın izni ilə İstanbuldan çıxıb Xəzərin sahilinə qədər vizasız, pasportsuz gedəcəyimiz, Xəzərin sahilində birlikdə süfrə quracağımız, manqal yandıracağımız günləri həsrətlə gözləyirəm. Mənim xanım rəfiqələrim də bu tərbiyəni alıblar.

 

– Burası aydındı.  Amma gəlin müsahibəyə keçək, Adnan bəy. Necə oldu ki, Andan Oktar məhz Harun Yəhyaya çevrildi? Niyə məhz Harun Yəhya?

 

– Sizə bir söz deyim. Müsəlmanlar Allahın Rəsulunun çox kiçik köməkçiləridir. Rəsulallahın əshabələridir, qardaşlarıdır, dostlarıdır. Peyğəmbərimiz bir əshabəyə deyir: “Mənim qardaşlarım dünyanın sonunda gələcəklər”. Onlar deyir: “Bəs biz sənin qardaşların deyilik, ya Rəsulallah?” Cavab: “Siz mənim qardaşım deyil, əshabələrimsiniz. Qardaşlarım dünyanın sonunda gələcəklər”. Bu dövrdə biz də Rəsulallahın köməkçiləri olmaq baxımından qardaşlarıyıq. Musəvilərə sevgimizi necə göstəririk? Onlara deyirik: “Mən Həzrəti Musanın köməkçisi Harun kimi olmağa niyyət edirəm. Onun kimi köməkçi olmaz xüsusiyyətim var. Yəni, yardım edən müsəlman vəziyyətindəyəm. Həzrət İsaya kim yardım etdi? Yəhya. Deyirik ki, Yəhya kimi dəstəkləyirik. Harun kimi, Yəhya kimi dəstəkçiyik”. Yəni peyğəmbərlərə yardım edən, dəstək verən onları qoruyub, dəstəkləyə olmaq niyyətilə deyilən sözdür. Burdan götürdüm bu adı.

 

Deyir, ilk kitabını da məhz bu imzayla yazıb, 26 yaşında. İndiyədək də 300 kitabı çıxıb. Və onlarla dilə tərcümə olunub.

 

Bu yerdə qısa haşiyə:

 

Adnan Oktarın babası Arslan Kasayevin mənşəyi indiki Rusiyaya, keçmiş Noqay xanlığına söykənir. Arslan Kasayevin ailəsi Arslanoğulları olaraq da tanınır. Arslanoğulları 1827-ci ildə Qafqaz qubernatorluğu üçün hazırlanan bir sənəddə adı çəkilən 21 ailədən biridir.

Rusiya Federasiyası Stavropol Federal Arxivindən tapılan 1827-ci il 17 iyul tarixli orijinal sənəddə (№: 48, cild 2, fayl №: 853) Qara Noqay və Yediskul bölgəsində yaşayan noqay seyidlərinin şəxsiyyətləri və ailələri haqqında məlumatlar mövcuddur. Bu məlumatlar bir siyahı halında təşkil edilmiş cədvəldə 3-cü sırada Adnan Oktarın babasının babası olan Bəslən Aslan və ailəsinin qeydi var. Adnan Oktarın babası Ömər bəy Qafqazda doğulub, 1902-ci ildə Ankaranın Bala bölgəsinə köçüb.

 

Adnan Oktarın özü isə 1956-cı ildə Ankarada anadan olub və orta təhsilinin sonuna qədər bu şəhərdə yaşayıb. Orta məktəbdə islam alimlərinin demək olar ki, bütün əsərlərini oxuyub.

 

1979-cu ildə Memar Sinan Universitetində təhsilinə davam etmək üçün İstanbula köçüb.

Deyir, Memar Sinan Universitetində təhsil aldığı dövrdə universitet müxtəlif  marksist-kommunist təşkilatların təsiri altında olub. Həm alimlər, həm fakültə işçiləri, həm də tələbələr arasında aqressiv ateist və materialist axınlar hakim idi. Hətta müəllimlərin bir qismi dərslərində mövzu ilə əlaqəsiz olmasına baxmayaraq, hər fürsətdə materialist fəlsəfə və darvinizmin təbliğatını aparırdılar.

 

“Məhz həmin vaxt mən dini və əxlaqi dəyərlərə hörmət edilmədiyi və demək olar ki, tamamilə rədd edildiyi, materialist dünyagörüşün və düşüncənin təsirindəki bu mühitdə ətrafımdakı insanlara darvinizmin saxtakarlığını, Allahın varlığını və birliyini izah etməyə başladım. O vaxt Universitetin yaxınlığındakı məsciddə sərbəst şəkildə namaz qılan yeganə insan idim”.

 

1986-cı ilin yazında Adnan Oktar “Türk xalqındanam, İslam ümmətindənəm” sözlərinə görə heç bir haqlı hüquqi səbəb olmadan həbs olundu. Və bundan sonra onu dəlixanaya saldılar…

 

***

 

Biz Adnan Oktay və ya Harun Yəhyayla geniş müsahibə götürmüşük. Siyasətdən, “kedicik”lərə qədər.
– Sona qədər yanınızdayıq, inanın mənə…

 

– Azərbaycanın ordusu regionda ən güclüsüdür, amma Ermənistandkı açarı ələ keçirsək…

 

Və…

 

Və “Qızıl alma” iddiası…

 

Nədir bu “qızıl alma”, nədən bütün dünya liderləri onu axtarır? Və nəhayət bu sarışın, gözəl qızların onun yanında nə işi var?

 

Sabah şok söhbətlər olacaq, almadan tutmuş, həmin məşhur “pişiklərədək…”

 

Ardı sabah Lent.az-da.

 

Bizimlə qalın…

Səbuhi Məmmədli, İstanbul

Previous Post

“Kedicik”lərin yuvasında bir gün – Səbuhi Məmmədli Harun Yəhya ilə görüşdü

Next Post

MTRŞ bəzi aparıcıları tənqid etdi — “Görünür, dərs çıxarmayıblar”

Bənzər yazılar

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30

Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib. Bu...

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tam ştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib. Elchi.az...

Yardımlıda açıq ərazidə yanğın baş verib

Yardımlıda açıq ərazidə yanğın baş verib

18 Sentyabr 2026 - 23:25

Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib....

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22

Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə...

Next Post

MTRŞ bəzi aparıcıları tənqid etdi — "Görünür, dərs çıxarmayıblar"

MTRŞ bəzi aparıcıları tənqid etdi — "Görünür, dərs çıxarmayıblar"

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.